Icma.az
close
up
RU
Rusiya Bəşər Əsədi təslim edəcəkmi? Ekspert

Rusiya Bəşər Əsədi təslim edəcəkmi? Ekspert

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Prezident Əhməd əl-Şaraa Rusiya ilə qarşılıqlı anlaşma zəminində hərəkət edərək, ölkə ərazisində Moskvanın hərbi, iqtisadi və siyasi mövcudluğu üçün təminatlar versə, Bəşər Əsədin təhvil verilməsi də tamamilə real ssenari olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Kremlin keçmiş Suriya lideri Bəşər Əsədi Dəməşqə təhvil verilib-verilməyəcəyini şərh edərkən deyib. 

Azər Hüseynov bildirib ki, bu sualın cavabı, mahiyyət etibarilə, Rusiyanın Suriyada və bütövlükdə Yaxın Şərqdəki strateji maraqlarının təhlilində gizlənir:

"Moskva üçün əsas məsələ, konkret liderin - bu halda Bəşər Əsədin taleyi ilə bağlı deyil, Rusiya Federasiyasının bölgədəki təsir imkanlarının qorunması və genişləndirilməsidir. Rusiya üçün əsas məqsəd Suriyada fəaliyyətinin davamlılığının təmin edilməsi, eləcə də ölkənin enerji, bərpa və təhlükəsizlik sektorlarında iştirak imkanlarının qorunmasıdır”.


Konfliktoloqa görə, bu addımın psixoloji və siyasi nəticələri az əhəmiyyət kəsb etmir:

"Rusiya uzun illərdir Əsəd rejiminin əsas dayağı kimi çıxış edib və bu fakt Moskvanın regiondakı "müttəfiqlərinə sadiq tərəfdaş" imicini formalaşdırıb. Əsədin birdən-birə təhvil verilməsi Rusiya  ilə əməkdaşlıq edən digər qüvvələr arasında etimadsızlıq və narahatlıq doğura bilər. Buna görə Kreml bu prosesi açıq şəkildə deyil, tədrici və nəzarətli formada həyata keçirməyə üstünlük verə bilər".

Yəni ekspertin fikrincə, Moskvanın Əsədlə bağlı verəcəyi son qərar rəsmi Dəməşqin Rusiyaya münasibətdə tutacağı mövqedən asılıdır:

"Moskvanın xarici siyasətinin əsas prinsipi şəxsi sədaqət deyil, dövlət maraqlarıdır. Əgər yeni Suriya rəhbərliyi Rusiya ilə uzunmüddətli əməkdaşlığı təmin edəcək real mexanizmlər və zəmanətlər təklif edərsə, Kreml üçün Əsədin siyasi gələcəyi artıq prinsipial məsələ sayılmaya bilər. Əsədin siyasi  taleyi Rusiyanın strateji maraqları fonunda ikinci dərəcəli məsələ kimi görünür. Əgər Kreml hesab  edərsə ki, əl-Şaraa dövründə Suriyada onun maraqları daha etibarlı şəkildə qorunacaq, Putin üçün Əsədin verilməsi nə emosional, nə də siyasi tabu sayılmaz. Rusiya üçün əsas olan öz maraqlarının təminidir, liderlərin adları isə dəyişə bilər".

Qeyd edək ki, Suriya prezidenti Əhməd əl-Şaraa oktyabrın 15-də Moskvada səfərdə olub. Səfər bir sıra məqsədlərdən qaynaqlanır ki, onlardan biri də  heç şübhəsiz keçmiş Suriya lideri Bəşər Əsədin Dəməşqə təhvil verilməsidir. Prezident Əhməd əl-Şaraa Əsədin mümkün cinayətlər üzrə məhkəməyə çıxarılması üçün onun təjvil verilməsinə çalışır. Moskva isə hələlik bu məsələdə sakitliyə qərq olub. Bu da müəyyən alverə getmək niyyətinin olduğundan xəbər verir. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see287

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see268

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see267

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see260

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see254

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see241

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see236

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see233

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see232

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see229

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see227

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see223

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see217

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see214

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see213

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see210

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see206

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see196

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see191

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri