“Rusiya bizə 2 ay vaxt verib”
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiya Donbasdan çıxmaq üçün bizə 2 ay vaxt verib”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenskinin sözlərinə görə, Moskva bu müddət ərzində Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsini tələb edərək, əks halda, sülh danışıqlarının şərtlərini daha da sərtləşdirəcəyi ilə hədələyir:
“Bu mesaj mənə amerikalı vasitəçilər tərəfindən çatdırılıb. ABŞ tərəfi Ukraynaya təhlükəsizlik zəmanətlərini yalnız ordunun Donbasdan tam çıxarılmasından sonra verməyi müzakirə edir. Lakin bu format işləməyəcək və Ukrayna öz ərazilərindən könüllü imtina etməyəcək”.
Qeyd edək ki, ABŞ-nin Dövlət katibi Marko Rubio dava əvvəl də Zelenskinin bu iddialarını kəskin şəkildə təkzib etmişdi.
Rubio Zelenskini yalan danışmaqda ittiham edərək bildirmişdi ki, Vaşinqton Kiyevi heç bir ərazidən çıxmağa məcbur etmir:
“Biz sadəcə Rusiyanın israr etdiyi şərtləri Ukrayna tərəfinə çatdırmışıq, bu şərtləri dəstəklədiyimizi deməmişik”.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp Ukraynadakı münaqişəni bitirmək üçün 2026-cı ilin iyun ayına qədər vaxt qoyduğunu və tərəfləri masaya oturtmaqda qərarlı olduğunu bildirmişdi.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 31 Mart 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















