Icma.az
close
up
RU
Rusiya bu ölkədə məğlub oldu Toqquşma gözlənilir

Rusiya bu ölkədə məğlub oldu Toqquşma gözlənilir

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Moldovada keçirilən prezident seçkilərinin nəticələri müzakirə edilir. Prosesi maraqlı edən əsas amil Qərbə və Rusiyaya yaxınlığı seçilən qüvvələrin bu seçkidə qarşı-qarşıya gəlməsi olmuşdu. Seçkini Qərbə inteqrasiya tərəfdarı kimi tanınan hazırkı prezident Maya Sandu udub.

Moldova Respublikasının Sosialistlər Partiyası prezident seçkilərinin ikinci turunda qalib gəldiyi bildirilən Maya Sandunu qeyri-legitim prezident hesab edir. Bu barədə sosialistlərin lideri, keçmiş prezident İqor Dodon öz Teleqram kanalında məlumat yayıb.

Moldova qarışa bilərmi? Vətəndaş müharibəsi, inqilab gözlənilirmi? Rusiya bu ölkəni əldən verməmək üçün nə kimi plan hazırlayıb?

Moldovanın Qərb və Rusiya arasında “nifaq alması”na çevrilməsinin səbəbi nədir? Hansı coğrafi, geopolitik, loqistik üstünlükləri var Moldovanın ki, uğrunda ABŞ-la Rusiya savaşır?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Moldovada keçirilən seçkilər çoxluq tərəfindən legitim seçki hesab olunur:

“Bunun azad və ədalətli aparıldığını düşünürlər. Amma Rusiyanın yanaşması fərqlidir, bununla barışmır. Çünki Kreml burada istədiyi nəticəni ala bilmədi. Rusiyanın nümayəndəsi seçilsə idi, rəsmi Moskva nəticələrdən məmnun qala bilərdi. Mətbuatda yer alan məlumatlara görə, Kreml burada böyük çaba göstərib. Belə ki, seçkilərə 150 milyon dollar pul xərcləndiyi iddia edilir. Eyni zamanda seçkiyə əlavə insanlar cəlb edilib, avtobuslar təşkil edilib və s. Bütün bunlara rəğmən Rusiya uğursuzluğa düçar olub”.

Əli Mustafayev

Siyasi şərhçinin sözlərinə görə, seçki saxtalaşdırılmayıb:

“Çoxluq indiki prezidentin qalib gəlməsi üçün səs verib. Bu baxımdan nəticələrin Moldovada hansısa problemlər yaradacağını düşünmürəm. Rusiya istəsə də nəticələri dəyişə bilməyəcək. Moldova cəmiyyətinin əhəmiyyətli hissəsi Avro-inteqrasiya xəttinə sadiqdir. Avropa Birliyinin üzvü olmaq, qaynayıb-qarışmaq istəyirlər. Maya Sandu da bu siyasi kursa bağlıdır. Moldovadakı Rusiyanın “5-ci kolonu” etiraz etsələr də ciddi nəticələr yaratmayacaq”.

Əli Mustafayev vurğulayıb ki, Moldovanın əhəmiyyəti böyükdür:

“Ukrayna, Rumıniya ilə qonşu ərazidir. Özünəməxsus strateji əhəmiyyətə sahibdir. Rusiya Moldovanı ələ keçirsə, Ukraynanı bu istiqamətdə sıxışdırmaq imkanını əldə etmiş olacaq. Bu da Qərbin, ABŞ-ın maraqlarına uyğun deyil. Onlar Rusiyaya bağlı rejimlərin azalmasını istəyirlər. Bu seçimlərin arxasında Rusiyadan daha çox Moldova xalqının iradəsi əhəmiyyətlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri