Icma.az
close
up
RU
Rusiya ÇAES ə HÜCUM ETDİ: Vaşinqton hərbi müdaxilə variantını nəzərdən KEÇİRİR

Rusiya ÇAES ə HÜCUM ETDİ: Vaşinqton hərbi müdaxilə variantını nəzərdən KEÇİRİR

Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın pilotsuz uçuş aparatları (PUA) ilə Çernobıl Atom Elektrik Stansiyasına (ÇAES) hücum etdiyini iddia edib. Onun sözlərinə görə, hücum nəticəsində stansiyanın dağılmış 4-cü reaktorunu qoruyan qurğuya ziyan dəyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Oda TV” portalı məlumat yayıb.

KİV yazır ki, ilkin qiymətləndirmələrə əsasən, 4-cü enerji blokunun qoruyucu sığınacağı zədələnib, lakin yanğın söndürülüb və radiasiya səviyyəsində artım qeydə alınmayıb. Zelenski isə Rusiyanın nüvə obyektlərini hədəfə almasının qlobal təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib.

Kanal bildirir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (UAEA) Çernobıl AES-in Rusiya dronları tərəfindən vurulduğunu təsdiqləyib və qurğunun zədələndiyini açıqlayıb. Qurumun məlumatına görə, gecə saatlarında 4-cü reaktorun qalıqlarını qoruyan təhlükəsizlik zonasında partlayış baş verib, yanğın isə qısa müddətdə söndürülüb.

“İçəridə və xaricdə radiasiya səviyyəsi normal və sabit qalır. UAEA vəziyyəti izləməyə davam edir”, – deyə açıqlamada qeyd olunub.

Kremlin sözçüsü Dmitri Peskov isə Ukraynanın irəli sürdüyü iddiaları təkzib edib. Jurnalistlərə açıqlamasında o, qeyd edib ki, Rusiya tərəfindən nüvə infrastrukturu və ya atom elektrik stansiyalarına heç bir hücum olmayıb.

“Bu iddialar əsassızdır, Rusiya ordusu belə bir addım atmaz”, – deyə sözçü vurğulayıb.

Xatırladaq ki, “The Wall Street Journal” nəşri ilə söhbətində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vins Rusiyanın müharibənin bitməsi üçün aparılan danışıqlara “yaxşı niyyətlə yanaşmaması” halında Vaşinqtonun Moskva qarşısında “sanksiya və hərbi müdaxilə” variantlarını nəzərdən keçirəcəyini deyib.

“Putinə qarşı tətbiq edə biləcəyimiz iqtisadi və hərbi təzyiq vasitələri mövcuddur”, – deyə Vins bəyan edib.

Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 14 Fevral 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri