Icma.az
close
up
RU
Rusiya Cənubi Qafqazda uzunömürlü sülh mühitinin yaranmasına ciddi şəkildə müqavimət göstərir

Rusiya Cənubi Qafqazda uzunömürlü sülh mühitinin yaranmasına ciddi şəkildə müqavimət göstərir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən çətinliklər sülh yolu ilə, hər iki tərəfin maraqları nəzərə alınmaqla və bir-birinə hörmətlə həll oluna bilər”. Bu sözləri Dağıstan Respublikasının başçısı Sergey Melikov teleqram kanalında yazıb. “Bölgədə Dağıstanı vətəni hesab edən çox sayda azərbaycanlı yaşayır. Bizim əlaqələrimiz coğrafi əlaqələrdən daha üstündür. Bu, tarix, qohumluq bağları, mədəniyyət, birgə həyatdır”, - deyən Melikov məhz Dağıstanda azərbaycanlıların yerli xalq olduğunu qeyd edib.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyadan qaynaqlanan siyasi böhranda müəyyən sakitçilik müşahidə olunur.

Məhəmməd Əsədullazadə

“Putinin göstərişi ilə və Rusiyanın fövqəladə hallar naziri Azərbaycana gəlib. Dağıstan lideri hətta cənab Ərdoğanın ikitərəfli əlaqələrin normallaşdırılması istiqamətində verdiyi açıqlamaların da rolunu istisna etmirəm. Amma bu böhran Rusiyadan qaynaqlanırdı. Rusiya Azərbaycana təzyiq edirdi. Təbii ki, Azərbaycan da adekvat addımlar atdı. Çünki Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət, yeni konfiqurasiya Rusiyanı ciddi şəkildə narahat edir. Rusiya istəmir ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar uğurla nəticələnsin, sülh müqaviləsi bağlansın. Rusiya sülh prosesinin reallaşmasına ciddi müqavimət göstərir. Əlində olan rıçaqları var. Miqrantlarla bağlı məsələni gündəmdə saxlamaqla Azərbaycana təzyiq etməyə çalışır”-deyən Məhəmməd Əsədullazadə qeyd edib ki, göründüyü kimi Azərbaycan da eyni güclü addım ataraq, Rusiyadan çəkinmədiyinə dair mesaj verdi.

Politoloqun fikrincə, bu addım çox böyük əhəmiyyət kəsb edir: “Təbii ki, Rusiya da görür ki, münasibətlər kəskinləşdikcə, Türkiyə də prosesə qoşulur. Azərbaycanı dəstəkləyən dost ölkələri onun yanındadır. Ona görə də Rusiya müəyyən qədər geri addım atır”.

Məhəmməd Əsədullazadə hesab etmir ki, Rusiya susqunluq nümayiş etdirəcək.

“Rusiya zaman-zaman təzyiqlər göstərəcək. Çünki regionda 200 illik mövqeyi olan Rusiyanın regiondan uzaqlaşması Kremli narahat edən əsas faktordur. Ona görə də regiondan uzaqlaşdıqca müəyyən sahələrdə Azərbaycana qarşı təzyiqlər edəcək. Amma bu, Azərbaycana ciddi təsir etməyəcək. Təbii ki, Rusiyanın etimadsızlığına, Rusiyanın qonşularla qarşılıqlı dostluq münasibətlərinə önəm vermədiyinə də artıq Azərbaycan dövləti, Azərbaycan xalqı da şahid oldu”-deyə Məhəmməd Əsədullazadə bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 İyul 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see179

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see167

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see142

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see141

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see140

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see139

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see138

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see137

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see137

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see134

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see127

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see127

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see126

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see126

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see124

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see124

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri