Rusiya, Çin və İran qeyri qanuni sanksiyaları ləğv etməyə çağırır
Aznews.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya, Çin və İran qeyri-qanuni birtərəfli sanksiyaları ləğv etməyə çağırır.
Bu bəyanatı Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Çjaoxu Pekində İranın nüvə problemi ilə bağlı Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov və İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi ilə görüşü zamanı verib.
"Biz bütün qeyri-qanuni sanksiyalara son qoymağın vacibliyini vurğulayırıq", - deyə o, qeyd edib.
Bundan əlavə, ölkələr qarşılıqlı hörmətə əsaslanan dialoq mövqeyindən İranın nüvə proqramının sülh yolu ilə həllinə hazır olduqlarını bildiriblər.
Ma Çjaoxu həmçinin qeyd edib ki, Rusiya və Çin İranın nüvə işlərinin dinc xarakter daşıdığını təsdiq etməsini və Tehranın nüvə silahı yaratmaq istəməməsini alqışlayır.
Mövsüm
Aznews.az

