Zaur Paşayevlə bacarmadıq Lənkəran ın baș məşqçisi
Icma.az bildirir, Fanat portalına istinadən.
“Lənkəran”ın baş məşqçisi Georgi Kondruseviç “Quba”ya qarşı keçirdikləri matçdan - Azərbaycan Basketbol Liqasının 18-ci turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis məğlubiyyətə görə üzüldüklərini deyib:
“Qalib gəlməyə çalışdıq, amma 4-cü periodda (8:22) çox zəif oyun nümayiş etdirdik. Bu da məğlubiyyətin əsas səbəbi oldu. Oyunda vacib xallar qazanan və əla hücumlar edən Zaur Paşayevlə bacarmadıq. Ötən matçda olduğu kimi yenə də çoxlu top itkiləri yaşadıq ki, bu da əks hücumlarla yadda qaldı. Azarkeşlərimizdən sərgilədiyimiz oyuna görə üzr istəyirəm”.
“Lənkəran” – “Quba” qarşılaşması ikincilərin 95:84 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:223
Bu xəbər 14 Mart 2025 02:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















