“Rusiya cinayətkarları gizlədirsə, deməli, Azərbaycana qarşı düşmən mövqedədir...”
Icma.az, Moderator.az saytına istinadən bildirir.
“Bizim əlimizdə ancaq Qazaxıstan istintaqının obyektiv nəticələri var və bu nəticələrə arxalanıb Azərbaycanın Rusiya tərəfini Beynəlxalq Məhkəməyə vermək hüququ var...”
“Əslində Azərbaycan tərəfi təyyarəmizin vurulduğu andan istintaq işi açmalı və həqiqəti xalqa çatdırmalı idi...”
“O da var ki, Prezidentimizin Rusiya prezidentinin qarşısına qoyduğu haqlı tələbləri bütün Azərbaycan dəstəkləyir...”
Xəbər verildiyi kimi, Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Bakıya göndərdiyi məktubda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işinə xitam verildiyini açıqlayıb. Təbii ki, bu o deməkdir ki, indən belə Rusiyanın Azərbaycana təzminat ödəcəyini gözləmək olmaz. Bəs görəsən, bundan sonra Azərbaycanın məsələ ilə bağlı hansı addımları atmaq imkanı var? Bizim müstəqil istintaq başlatmaq və Rusiyanı beynəlxalq məhkəməyə vermək üçün yetərincə haqqımız yoxdurmu? Əgər bu addımı atsaq, Kreml - Putin buna necə reaksiya verər?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli bunları söyləyib:
“Bastrıkinin Azərbaycan təyyarəsinin vurulmasıyla bağlı cinayət işinə xitam verməsi indiyədək Rusiya tərəfindən cinayət işinin ört-basdır edilməsi üçün atılan addımların davamıdır. Onlar anlamırlar ki, Qazaxıstan tərəfindən bu cinayətlə bağlı daha obyektiv və ətraflı tədqiqat aparılıb və Rusiyanın günahkar olduğu bəyanatı verilib.
Əlbəttə ki, Azərbaycanın haqq-ədalətin təmin olunması, günahkarların ortaya çıxarılması və cəzalandırllması tələbi haqlı tələbidir. Əgər Rusiya tərəfi bu cinayətkarları gizlədirsə, cəzalandırmırsa, deməli, bu ölkə Azərbaycana qarşı düşmən mövqeyindədir…
Əslində Azərbaycan tərəfi təyyarəmizin vurulduğu andan istintaq işi açmalı və həqiqəti xalqa çatdırmalı idi. Bizim əlimizdə ancaq Qazaxıstan istintaqının obyektiv nəticələri var və bu nəticələrə arxalanıb Azərbaycanın Rusiya tərəfini Beynəlxalq Məhkəməyə vermək hüququ var. Ermənistanı verdiyi kimi...
O ki qaldı Vladimir Putinə, o, əlindən gələni edəcək ki, Azərbaycanla strateji əməkdaşlığı itirməsin. Kreml rəhbəri yaxşı bilir ki, Azərbaycanla əlaqələri pozsa, bütün Qafqazı itirəcək. Putinin Qafqaza can atması ilk növbədə Azərbaycanın tranzit yollarının tamlığı ilə işləməsi ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin təyyarənin vurulması ilə bağlı qətiyyətli tələbləri yerinə yetirilməyənə qədər inanmırıq ki, Azərbaycan tərəfi Rusiya ilə sərhədləri açacaq. O da var ki, Prezidentimizin Rusiya prezidentinin qarşısına qoyduğu haqlı tələbləri bütün Azərbaycan dəstəkləyir...”
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 30 Dekabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















