Icma.az
close
up
RU
Rusiya Çinin daxili istiqraz bazarına qayıdır

Rusiya Çinin daxili istiqraz bazarına qayıdır

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Çin daxili istiqraz bazarını Rusiyanın böyük enerji şirkətləri üçün yenidən açmağa hazırlaşır. Bu siyasət dəyişikliyi Pekin və Moskva arasında dərinləşən diplomatik və iqtisadi əlaqələri əks etdirir.
Reyting.az
xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadla yazıb.
Nəşr qeyd edir ki, bu cür borc alma, Moskvanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Rusiya şirkətlərinin Çində vəsait topladığı ilk hadisə və dövlət alüminium istehsalçısı “Rusal”ın 2017-ci ildə bu yolla 210 milyon dollar cəlb etməsindən sonra Çinin daxili bazarında satılan ilk Rusiya istiqrazları olacaq.
Kütləvi ABŞ və Avropa sanksiyaları rusiyalı borcalanları qlobal maliyyə bazarlarından mərhum edib və Çin bankları ikinci dərəcəli sanksiyalardan qorxaraq Rusiya şirkətlərinin iştirakı ilə dövlət maliyyələşdirmə sövdələşmələrindən çəkiniblər. Lakin Pekin və Moskva arasında daha güclü əlaqələr indi bankları daha az ehtiyatlı edir. Bununla yanaşı, yuan Rusiya iqtisadiyyatı üçün getdikcə daha vacib xarici valyutaya çevrilir.
Mənbələrin dediyinə görə, Rusiya istiqrazlarının dirçəldilməsi ilk növbədə iki və ya üç şirkətlə məhdudlaşacaq. Qərbin sanksiyalarına məruz qalmayan “Rosatom” və onun törəmə şirkətlərinin ilk borcalanlar arasında olacağı gözlənilir.
Hüquqşünaslar xəbərdarlıq ediblər ki, Rusiya şirkətlərinin istiqrazları uğurla satması üçün Çin banklarının sanksiyalarla bağlı qorxularını aradan qaldırmaq lazımdır.
Mümkün həll yollarından biri hələ Qərbin məhdudiyyətlərinə məruz qalmayan Rusiya subyektləri vasitəsilə “panda istiqrazları” buraxmaq idi, lakin qiymətli kağızlar satıldıqdan sonra bu qurumların “qara siyahı”ya salınma riski var.
Analitiklər deyirlər ki, Rusiya Ukraynanın genişmiqyaslı işğalından sonra Çinə çox yaxınlaşıb. Məsələn, Pekin də Dehli kimi Rusiya neftinin, o cümlədən sanksiyaya məruz qalan neftin ən böyük alıcılarından birinə çevrilib. Sentyabrın 6-da 150 min kubmetr mayeləşdirilmiş təbii qaz daşıyan ikinci sanksiyaya məruz qalmış Rusiya tankeri Çin limanına yaxınlaşıb.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Sentyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri