Rusiya Çubaysın 20 milyardını əlindən alır
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Rusiyada məhkəmə icraçıları “Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubaysdan 20 milyard rubla yaxın vəsaitin məcburi qaydada tutulması prosesini həyata keçirirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Məbləğin təxminən 18 milyard rublu əmlak xarakterli tələblər, qalan hissəsi isə icra rüsumu ilə bağlıdır. Çubaysa qarşı ümumilikdə 14 icra işi açılıb. Onlardan 10-u 2016-cı ilin iyun-oktyabr ayları arasında başlanıb. Moskva Arbitraj Məhkəməsindən daxil olan sənədlər əsasında Çubaysdan 17,74 milyard rubl təzminat tələb olunur. Bu vəsait “Rosnano” şirkətinə dəymiş ziyanın ödənilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, korporasiyanın sabiq rəhbərindən təxminən 2,13 milyard rubl məbləğində icra rüsumu da məcburi qaydada tutulur”, – məlumatda bildirilib.
Qeyd edək ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Anatoli Çubays ölkəni tərk etmişdi./Axar.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 27 Oktyabr 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















