Icma.az
close
up
RU
Rusiya daha bir ölkəni qarışdıra bilər Putin “türk kartı”na əl atır

Rusiya daha bir ölkəni qarışdıra bilər Putin “türk kartı”na əl atır

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moldovada keçirilən parlament seçkilərində Prezident Maya Sandunun Fəaliyyət və Həmrəylik Partiyası (PAS) qalib gəlib. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, PAS bülletenlərin 99.47 faizinin sayılmasından sonra 49.9 faiz səs alıb. Onun rəqibi, keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi “Vətənpərvər blok” isə 24,28% səslə ikinci olub.

“Alternativ” bloku 7.99, “Bizim Partiya” 6.22, “Demokratiya evdədir” partiyası isə 5.63 faiz səs toplayıb. Bununla da Maya Sandunun partiyası parlamentdə 51 yer alaraq, təkbaşına hökumət formalaşdırmaq üçün böyük üstünlük qazanıb.

Xalqın seçimi nədir?

PAS-ın qələbəsi ölkənin siyasi gələcəyi baxımından həm sabitlik, həm də idarəetmə baxımından ciddi fürsətdir. Bundan başqa, bu qələbə həm də Rusiya-Qərb qarşıdurması kontekstində açıq bir mövqe deməkdir.

Əslində, son illərdə Moldovanın Qərbə inteqrasiya meyillərinin cəmiyyət tərəfindən daha geniş qəbul olunduğu müşahidə edilirdi. Bunun əsas səbəbi Sandu administrasiyasının bir neçə ildir ki, korrupsiya ilə apardığı mübarizə, Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməsi və Rusiyanın təsirindən qurtulmaq istiqamətində ardıcıl və açıq xətt yürütməsidir. PAS-ın bu seçkilərdəki uğuru göstərir ki, xalq bu kursa inam bəsləyir və davamını istəyir.

Nəticə həm də onu göstərdi ki, Moldova cəmiyyəti postsovet nostaljisinə yox, institusional islahatlara, qərbyönümlü xarici siyasətə və hüquqi dövlətə üstünlük verir. PAS-ın əsas rəqibi olan, Rusiya meyilli “Vətənpərvər blok”un yalnız 24.28 faiz səs alması, bu ideoloji xəttin əvvəlki qədər təsirli olmadığını və yavaş-yavaş sosial bazasını itirdiyini sübut edir.

Rusiya ciddi itki ilə üzləşdi

Moldova parlament seçkilərini diqqətçəkən edən əsas məqam həm region, həm də Rusiya üçün nəticələridir. Düzdür, Moldova coğrafi baxımdan kiçik olsa da, siyasi və geosiyasi baxımdan Şərqi Avropada mühüm mövqe tutur. Ukrayna ilə sərhəddə yerləşməsi, Dnestryanı kimi separatçı bölgənin varlığı və Rusiyanın bu bölgədəki maraqları fonunda Kişinyovun Qərbə yönəlməsi Moskva üçün sadəcə siyasi deyil, strateji itki deməkdir. Təsadüfi deyil ki, seçkilərdən əvvəl Rusiya tərəfindən müxtəlif təzyiq siqnalları, o cümlədən NATO-nun Moldova ilə bağlı planları haqqında dezinformasiyalar yayılmışdı. Bu isə Kremlin Moldova qarşısında zəifləyən təsirindən doğan narahatlığının təzahürüdür.

Rusiyanın açıq müdaxilələrinə baxmayaraq, Maya Sandunun partiyasının təkbaşına hökumət formalaşdırmaq imkanı əldə etməsi, Moldovanın daxili siyasətində sabitliyi təmin edə, islahatların sürətlənməsinə şərait yarada bilər. İndiyə qədərki parçalanmış parlament sistemləri islahatları ləngidirdi. Hazırda isə PAS-ın əlində həm siyasi mandat, həm də ictimai dəstək var.

“Türk kartı” iə düşə bilər

İndi isə Moldovanı daha ciddi sınaqlar gözləyir. Çünki iqtisadi baxımdan zəif, enerji asılılığı olan, üstəlik separatçı təhdidlə üz-üzə qalan bir ölkədir. Yəni Sandu hökuməti bundan sonra həm daxili, həm də xarici təzyiqlərlə üzləşməli olacaq. İ.Dodon və rəsmi Moskva azalan nüfuz və təsirlərinə cavab olaraq daha radikal addımlara baş vura bilər. Xüsusilə Rusiyanın separatçılıq kartından istifadə etməsi istisna deyil. Bu zaman isə ən maraqlı proses qaqauzlarla bağlı yaşanacaq.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri