Icma.az
close
up
RU
Xəzərdə əks hücum başladı: Putin 55 illik taktikaya əl atır Türk ölkəsi...

Xəzərdə əks hücum başladı: Putin 55 illik taktikaya əl atır Türk ölkəsi...

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Reuters” agentliyi Rusiyanın Xəzər Boru Kəməri Konsorsiumunun (Caspian Pipeline Consortium – CPC) fəaliyyətini dayandırmağa hazırlaşdığını yazıb. Konsorsiumda böyük paylara sahib olan ABŞ-ın enerji nəhəngləri – “Chevron” və “ExxonMobil” bu qərardan ciddi təsirlənə bilər. Məlumata görə, Kreml bu addımı ABŞ prezidenti Donald Trampın Hindistandan Rusiya neftinin idxalını dayandırmaq tələbinə görə nəzərdən keçirir.

Enerji analitiklərinin proqnozlarına əsasən, əgər Rusiya Prezidenti Vladimit Putin Xəzər Boru Kəmərini bağlasa, qlobal neft qiymətləri ciddi şəkildə arta və bir barel üçün 80 dolları keçə bilər.

ABŞ və Rusiya arasında enerji mübarizəsinin tarixi uzunmüddətlidir. 1970-ci illərdə Vaşinqton SSRİ-ni iqtisadi cəhətdən zəiflətmək üçün dünya neft bazarlarında qiymətləri kəskin şəkildə endirmişdi. Həmin dövrdə başlayan silahlanma yarışı və ucuz neft Moskvanı iqtisadi çıxılmaz vəziyyətə salmış və SSRİ-nin süqutuna gedən prosesdə bu faktor mühüm rol oynamışdı. Ekspertlərin fikrincə, indi oxşar ssenarinin tərs istiqamətdə təkrarlanması mümkündür. Bu dəfə enerji silahı Vladimir Putinin əlindədir və onunla qlobal bazarda yeni balans qurmağa çalışa bilər.

Globalinfo.az-a danışan Enerji və Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, bu məsələ ilə bağlı təkcə “Reuters” agentliyi yox, onlarla media subyekti yazılar dərc edib, amma məqsəd reallığı göstərmək deyil:

“Hesab edirəm, bu xəbərlərin əsas məqsədi mümkün olacaq münaqişələri alovlandırmaqdır. Məsələn, Qazaxıstan dünya bazarına 90 milyon ton neft istehsal edir, bunun təqribən 20 milyon tonu emala gedir. Yəni 70 milyon ton, gündəlik 1.4 milyon barel Qazaxıstanın ixracıdır. Ümumilikdə isə Qazaxıstan 1.9 milyon barel gündəlik neft istehsal edir. Tengiz–Novorossiysk boru kəməri ilə Qazaxıstanın gündəlik təxminən 1.25 milyon barel neft ixracı var. Bu, dünya bazarında hasil edilən neftin 1 faizindən bir qədər çoxdur. Əsas sual budur: 1 faiz necə bir təsirə malikdir?

Həmçinin oxuyun:

SENSASİYA: Rusiya Xəzər Boru Kəmərinə zərbə vurmağa hazırlaşır

Bəli, heç kəs demir ki, təsirsiz olmayacaq. Lakin bunu daha böyük bir hadisə kimi göstərmək doğru deyil. Məsələnin başqa tərəfi də var. Rusiya bunu bağlaya bilərmi? Rusiyaya qarşı sanksiyaları ABŞ, Avropa İttifaqı (Aİ) və G7 tətbiq edə bilər, çünki ortada Rusiya–Ukrayna müharibəsi var. Rusiya Ukrayna ərazilərini işğal edib. Bu işğalı ilk növbədə dayandırmaq lazımdır. Dayandırmadığı üçün Rusiyanın neftinə sanksiya tətbiq edilir. Sual olunur: Bəs Kreml hökumətinin Tengiz–Novorossiysk boru kəmərinin fəaliyyətini dayandırmaq üçün əsası varmı?”


İlham Şaban

İ.Şaban əlavə edib ki, bu kəmərin fəaliyyəti 1992, 1996 və 1998-ci illərdə Rusiya hökumətləri tərəfindən imzalanan, parlamentlər tərəfindən təsdiqlənən üç hökumətlərarası sazişə görə tənzimlənir:

“Sözügedən sazişlər bu gün də qüvvədədir. Hamı qeyd edir ki, orada “Chevron” və “ExxonMobil”un nefti var, borudan neft axır. Rusiya ABŞ neftinin axmasına görə sanksiya tətbiq edə bilər. Amma Moskva bu borudan məhz adı çəkilən şirkətlərə məxsus neftin axdığını aydınlaşdıra bilməz. Hüquqi baxımdan belə bir şey mümkün deyil.

2022-ci ildə müharibə başlayandan həmin boru kəmərinin fəaliyyəti dörd dəfə dayanıb. Lakin bu da ekoloji və təmir işləri adı altında həyata keçirilən müdaxilədən ibarət olub. Tamamilə bağlanması isə mümkün deyil. Bu olarsa, Qazaxıstan Rusiyanı beynəlxalq arbitraja verə bilər. Nəticədə Rusiyanın Avropadakı banklarındakı vəsaitləri dondurulduğu üçün Qazaxıstanın itkilərini kompensasiya etmə zərurəti doğacaq”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Avqust 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri