Rusiya dəniz piyadalarını Ukraynanın cənubuna göndərir
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya komandanlığı hücum əməliyyatlarında iştirak etmək üçün dəniz piyadaları bölmələrini Ukraynanın cənubuna köçürür.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin məlumat verib.
O, Rusiyanın dəniz piyada briqadasının bu yaxınlarda Qulyapol istiqamətində yerləşdirildiyini bildirib:
"Bu, Sakit okean donanmasının 40-cı briqadasıdır. Artıq Varvarovka və Priluki (Çerniqov vilayəti – red.) kəndləri yaxınlığında hücum əməliyyatlarında iştirak ediblər. Onlar mövqelərimizə hücum etməyə cəhd etdilər, amma uğursuz oldular”.
O, həmçinin təsdiqləyib ki, Rusiya qoşunları cənub cəbhəsinə daha iki dəniz piyada qrupu göndərir və aprel ayında hücum əməliyyatlarında iştirak edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 14 Mart 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















