Icma.az
close
up
RU
Rusiya Donetskdə dalana dirənib Ukrayna rus qoşununu tam dayandırıb və əks hücumlar edir

Rusiya Donetskdə dalana dirənib Ukrayna rus qoşununu tam dayandırıb və əks hücumlar edir

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna əsgərləri Rusiyanın Donetsk vilayətinin şərqində irəliləyişini dayandırmağa nail olub və tədricən əraziləri geri almağa başlayıblar. 

“AzPolitika” xəbər verir ki, bu barədə “The New York Times” ukraynalı hərbi rəsmilərə və analitiklərə istinadla məlumat yayıb.

Yazıda qeyd olunur ki, Rusiya şərq cəbhəsinə hər gün hücumlar təşkil etsə də, onun qoşunları ciddi şəkildə tükənib. 15 aylıq aktiv döyüş əməliyyatları texnika və canlı qüvvənin xeyli itkisi ilə nəticələnib. Ukrayna isə bu şəraitdən öz xeyrinə istifadə edir.

Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Maykl Kofman qeyd edib ki, Rusiyanın Donetskdə irəliləməsi əlverişsiz hava şəraiti, rus qoşunlarının tükənməsi və Ukraynanın düşmən taktikasına effektiv uyğunlaşması səbəbindən son aylarda dalana dirənib.

Cəbhənin tam sabitləşməsindən danışmaq hələ tez olsa da, resursların çatışmazlığını kompensasiya etməyə kömək edən innovativ həllərin tətbiqi sayəsində Ukraynanın vəziyyəti xeyli yaxşılaşıb.

Bununla yanaşı, yazıda bildirilir ki, Ukrayna qoşunları, xüsusilə ABŞ-nin hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması fonunda Rusiya qüvvələrinin yenidən toplanacağını və hücumlarını gücləndirəcəyini gözləyir. Bu, hərbi əməliyyatların inkişafına ciddi təsir göstərə bilər.

Qeyd olunur ki, Ukrayna və Amerika rəsmilərinin Səudiyyə Ərəbistanında keçiriləcək görüşündə kəşfiyyat məlumatlarının mübadiləsi müzakirə olunacaq. Bu, fevralın sonunda Ağ Evdə Prezidentlər Tramp və Zelenski arasında siyasi fikir ayrılıqlarından sonra ilk yüksək səviyyəli görüş olacaq.

Zelenski deyib ki, danışıqlar çərşənbə axşamı baş tutacaq, görüşdə ABŞ-ni Dövlət katibi Marko Rubio təmsil edəcək. Bazar ertəsi Ukrayna Prezidenti vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcək.

Qərb hərbi ekspertləri və ABŞ rəsmiləri xəbərdarlıq edirlər ki, silah tədarükünün gecikməsi cəbhədəki vəziyyətə ciddi təsir göstərə bilər. Artıq kəşfiyyat çatışmazlığı var və bu, komanda məntəqələri, logistik mərkəzlər və Rusiya qoşunlarının cəmləşməsi kimi əsas hədəfləri vurmağı çətinləşdirir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Mart 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see301

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see217

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see214

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see180

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see161

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see159

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri