Icma.az
close
up
RU
Rusiya Dövlət Dumasının komitə sədri: İki lider Rusiya Azərbaycan münasibətlərində hər hansı problemi həll etməyə qadirdir RƏY

Rusiya Dövlət Dumasının komitə sədri: İki lider Rusiya Azərbaycan münasibətlərində hər hansı problemi həll etməyə qadirdir RƏY

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Leonid Kalaşnikov: Heç bir qüvvə dostluğumuza təsir edə bilməz. İstər Rusiyada, istərsə də Azərbaycanda heç bir millətçilik istəkləri bizim yaxşı münasibətlərimizi, insani bağlarımızı qıra bilməyəcək

Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Rusiya-Azərbaycan münasibətlərinin perspektivini “Moskva-Baku” portalına şərh edib. Komitə sədrinin fikirlərini oxucularımıza təqdim edirik.

"Bu vəziyyətdə mənim ürəyim ağrıdı. Axı, ölkələrimiz bir-birinə çox mehribandır. Bizim liderlərimizin də çox səmimi münasibətləri var. Bunu şəxsən mən görmüşəm, bilirəm. Strateji müttəfiqliyimiz iqtisadiyyatda, humanitar sahədə özünü göstərir, ölkələrimizi insani münasibətlər bağlayır. Son illər münasibətlərimizin müsbət inkişafı sevindirməyə bilməz.

Heydər Əliyeviç Əliyevin tapşırığına əsasən İlham Əliyev Rusiya ilə strateji, yaxşı münasibətləri inkişaf etdirməkdə davam etdi. Ölkələrimiz qarşılıqlı faydalı istiqamətlərdə irəliləyiblər.

Son həftələrdə baş verənlər Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olmasını səmimiyyətlə müdafiə edənlər, bu mövzuya qərq olanlar, dövlətlərimizin sabit inkişafı və qüdrətini müdafiə edənlər arasında ciddi narahatlıq yaratmaya bilməz. Amma gördüyümüz kimi, həmişə olduğu kimi, yaranmış vəziyyətdən qazanc əldə etməyə, hansısa siyasi xal qazanmağa çalışan, bu və ya digərini günahlandırmağa çalışanlar da var. Mən belə oyunların əleyhinəyəm. Çünki mən bilirəm ki, Rusiya ilə Azərbaycanın, Putinlə Əliyevin əslində necə münasibətləri var.

Yadımdadır, 90-cı illərdə çətin günlər olanda, Azərbaycan yol ayrıcında olanda Heydər Əliyev ruslardan xahiş edirdi ki, ölkədən çıxmasınlar. Onlar qulaq asdılar, ona inandılar və qaldılar. Müdrik Heydər Əliyev respublikanın parçalanmasına imkan vermədi. Rusiya üçün çətin günləri də xatırlayırıq. Və prezident Putin necə gəlib ölkəni sakitləşdirdi. Ona görə də münasibətlərimizdə nə varsa, onu dəyərləndirməliyik.

Ola bilsin ki, bu sözlər kiməsə adi görünəcək, amma mənə elə gəlir ki, iki lider sakit, düşüncəli şəkildə hər hansı problemi bacarıqla həll etməyə qadirdir. Ən çətin anlarda belə vaxt tapıb, telefonu götürüb, bir-birlərinə zəng edib bütün məsələləri həll ediblər. Heç bir qüvvə dostluğumuza təsir edə bilməz. İstər Rusiyada, istərsə də Azərbaycanda heç bir millətçilik istəkləri bizim yaxşı münasibətlərimizi, insani bağlarımızı qıra bilməyəcək. Mən buna tam əminəm”, - Kalaşnikov bildirib.

Tərcümə - Elçin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri