Rusiya Ermənistana hərbi məsələlər üzrə yeni attaşe təyin etdi
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın Müdafiə naziri Suren Papikyanla regiondakı vəziyyəti müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, görüş zamanı Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Ermənistanın Müdafiə nazirinə Rusiyanın Ermənistandakı səfirliyinin yeni hərbi məsələlər üzrə attaşesi - polkovnik Aleksandr Qoryanovu təqdim edib.
Suren Papikyan attaşeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona səmərəli fəaliyyət arzulayıb.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Baxış sayı:111
Bu xəbər 30 Noyabr 2024 03:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















