Icma.az
close
up
RU
RUSİYA ERMƏNİSTANA SİLAH DAŞIYIR Gümrüdəki hərbi fəallıq nəyin hazırlığıdır?

RUSİYA ERMƏNİSTANA SİLAH DAŞIYIR Gümrüdəki hərbi fəallıq nəyin hazırlığıdır?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər Ermənistan ərazisində yerləşən 102-ci Rusiya hərbi bazasında diqqətçəkən hərbi fəallıq müşahidə olunur. 

"AzPolitika" xəbər verir ki, bu barədə erməni "Hraparak" nəşri öz etibarlı mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, artıq bir neçə həftədir ki, hər gün Gümrüdə yerləşən bu bazaya içərisində silah-sursat və müxtəlif növ hərbi texnika olan təyyarələr eniş edir. Bu fakt Rusiya ordusunun bölgədəki hərbi varlığını gücləndirdiyini və müəyyən məqsədlərə hazırlaşdığını göstərir. Hərçənd, bu hərbi daşımaların konkret məqsədi rəsmi şəkildə açıqlanmayıb, amma mövcud vəziyyət bir sıra ehtimalların irəli sürülməsinə səbəb olub.

Ən çox ehtimal edilən versiyalardan biri ondan ibarətdir ki, Rusiya bölgədəki siyasi və hərbi balansın dəyişməsinə hazırlaşır və bunun üçün Cənubi Qafqazda – xüsusilə də Ermənistan ərazisində öz mövqelərini daha da möhkəmləndirir. Bu kontekstdə, Moskvanın regional güclər arasında təsir imkanlarını artırmaq, o cümlədən Ermənistan və onun qonşularına qarşı əlavə təzyiq vasitələri formalaşdırmaq niyyətində olduğu bildirilir.

Qəzet həmçinin qeyd edir ki, Ermənistan hökuməti Gümrüdə baş verən bu hərbi hərəkətlərdən məlumatlıdır, lakin ictimaiyyətə açıq şəkildə heç bir mövqe sərgiləmir və məsələni şərh etməkdən çəkinir. Bu da müəyyən daxili siyasi və diplomatik təzyiqlərin mövcudluğuna işarə edir.

Qeyd etmək lazımdır ki, bu məlumatlar təkcə yerli mənbələrlə məhdudlaşmır. Daha əvvəl Ukrayna mediası da bu barədə məlumat yaymış, ölkənin hərbi kəşfiyyatına istinad edərək Gümrüdəki Rusiya bazasında hərbi personalın sayının artırıldığını bildirmişdi. Ukrayna kəşfiyyatının fikrincə, Rusiya bu addımla Cənubi Qafqaz regionunda – xüsusilə də Ermənistan, Azərbaycan və Gürcüstan kimi dövlətlərə qarşı hərbi-siyasi təzyiq imkanlarını genişləndirmək istəyir.

Xatırladaq ki, Ermənistan ərazisində yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə təsis olunub. Baza Ermənistanla Rusiya arasında bağlanmış hərbi əməkdaşlıq müqaviləsinə əsasən fəaliyyət göstərir. Əvvəlcə bu saziş 25 il müddətinə nəzərdə tutulmuşdu. Lakin 2010-cu ildə Rusiya Federasiyasının o dövrkü prezidenti Dmitri Medvedevin Ermənistana etdiyi rəsmi səfər zamanı bu müqavilənin müddəti daha 49 il – yəni 2044-cü ilə qədər uzadıldı. Hazırda həmin baza Ermənistanın Gümrü şəhərində yerləşir və Rusiya Silahlı Qüvvələrinin mühüm strateji dayağı hesab olunur.

Son illərdə Ermənistan cəmiyyətində və siyasi çevrələrdə bu hərbi bazanın ölkə ərazisindən çıxarılması məsələsi zaman-zaman gündəmə gətirilib. Mətbuatda vaxtaşırı yayılan məlumatlara görə, Ermənistan hakimiyyətinin bazanın fəaliyyətinə yenidən baxmaq niyyətində olduğu, hətta onu bağlamağı planlaşdırdığı iddiaları da irəli sürülüb.

Bütün bu proseslər fonunda Rusiyanın Gümrüdəki hərbi bazasını yenidən silahlandırması və şəxsi heyəti artırması regionda baş verə biləcək geosiyasi dəyişikliklərin xəbərçisi kimi qiymətləndirilə bilər.

Elman

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 İyul 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri