Icma.az
close
up
RU
Rusiya Ermənistanı cəzalandırmağa hazırlaşır ŞƏRH

Rusiya Ermənistanı cəzalandırmağa hazırlaşır ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verildiyi kimi, avqustun 15-də Qırğızıstanda Avrasiya İqtisadi İttifaqının (Aİİ) Avrasiya Hökumətlərarası Şurasının 43-cü iclası keçirilib. Tədbirdə marşrutunun ABŞ-ın nəzarətinə keçəcəyi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı potensial geosiyasi dəyişikliklər fonunda iştirakı xüsusilə vacib olan Ermənistan hökumətinin başçısı Nikol Paşinyan istisna olmaqla, İttifaqın üzvü olan ölkələrin baş nazirləri iştirak ediblər.

Nikol Paşinyan ötən ay Minskdə keçirilən Avrasiya İqtisadi Forumunu buraxmışdı, bu dəfə Çolpon-Ataya gəlmədi. Onun mətbuat katibi Nazeli Baqdasaryanın verdiyi məlumata görə, Ermənistan hökumətinin başçısı avqustun 12-dən 15-dək məzuniyyətdədir,- “Nezavisimaya qazeta” yazır. Qəzet daha sonra xəbər verir: "Görüşdə qaldırıla biləcək məsələlərdən biri İranın Aİİ ilə Azad Ticarət Zonasının yaradılmasına dair bu yaxınlarda imzaladığı sazişdir ki, bu da ticarət əlaqələrinin inkişafında mühüm addım ola bilər. Lakin Ermənistan ətrafındakı vəziyyət və onun Zəngəzur dəhlizinin inkişafı üçün ABŞ ilə müstəsna tərəfdaşlığı ciddi maneələr yaradır.

Fərz etsək ki, bu, ABŞ prezidenti Donald Trampın Ermənistan ərazisinə nəzarət etməsi deməkdir, bu, Aİİ-nin prinsiplərini sual altına qoyur.

Malların və xidmətlərin sərbəst hərəkəti Aİİ-nin təməl daşıdır. Zəngəzur dəhlizi kontekstində bu o deməkdir ki, Naxçıvandan Azərbaycanın əsas hissəsinə giriş və çıxışda gömrük postları yaradılmalı və Aİİ çərçivəsində müəyyən edilmiş vahid gömrük rüsumları tətbiq edilməlidir. Ermənistanda yerləşən Rusiya hərbi bazası gömrük postlarını təmin etmir. Lakin ABŞ buraya öz nəzarətini bərqərar edərsə, bu, İttifaq daxilində malların və xidmətlərin sərbəst hərəkətini məhdudlaşdıracağı üçün Aİİ-nin nizamnaməsinin birbaşa pozulması deməkdir. Belə olan halda Ermənistan yəqin ki, ABŞ-la tərəfdaşlıq və Aİİ-yə üzvlük arasında seçim etməli olacaq.

Artıq Aİİ ilə Azad Ticarət Zonası sazişi imzalayan İran üçün Zəngəzur dəhlizi prioritet deyil. İrandan Ermənistana və Ermənistandan İrana mallar ABŞ-ın heç bir müdaxiləsi olmadan hazırkı Azad Ticarət Zonası çərçivəsində daşınır. Ermənistan bu müqavilələrə əməl etməyə borcludur.

Aİİ-nin hazırkı iclasında Birlik üzvləri İrəvana İranla Azad Ticarət Zonası çərçivəsində öhdəliklərini xatırlada bilərlər. Aİİ qaydalarına riayət edilməməsi, xüsusən də mal və xidmətlərin sərbəst hərəkəti Ermənistanın təşkilata üzvlüyünün legitimliyini şübhə altına ala bilər. Üstəlik, Ermənistana artıq Yerevanın Avropa İttifaqı ilə yaxınlaşmasının arzuolunmazlığı barədə xəbərdarlıq edilib ki, bu, Aİİ normalarına ziddir. Və belə davam edərsə, Rusiya müvafiq tədbirlərin tətbiqi məsələsinə baxacaq. Bir müddət əvvəl bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk danışmışdı”.

Beləliklə, Ermənistan Aİİ-yə üzvlükdən məhrum edilməklə hədələnir. Baxmayaraq ki, Paşinyan özü onun görüşlərinə açıq şəkildə məhəl qoymursa, buna dəyərmi? İrəvan bu iqtisadi ittifaqdan çıxsa, Ermənistan nə qədər itirəcək? Yoxsa uzunmüddətli perspektivdə bundan faydalanacaqmı?

Tanınmış ekspertlər bu vəziyyəti Caliber.Az-a şərh ediblər. Şərhləri oxucularımıza təqim edirik.

Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov hesab edir ki, Rusiya Ermənistana təzyiqləri artıracaq.

"Moskvanın ən təsirli vasitələrindən biri faktiki olaraq İrəvana qarşı iqtisadi sanksiyalardır. Rusiya Ermənistanı cəzalandırmaq niyyətindədir, lakin bunun üçün təbliğatda istifadə üçün əlverişli hüquqi əsas axtarır. Moskvanın İrəvandan qisas almaqda bu dövlətlərarası assosiasiyanın digər üzvlərini ört-basdır etmək istəməsi də eyni dərəcədə vacibdir. Bu, Rusiyanın ənənəvi təzyiq üsuludur.

Rusiyanın Ukraynadakı əməliyyatından sonra Ermənistanın Rusiya Federasiyası ilə ticarət dövriyyəsi xeyli artıb, Ermənistan müharibənin benefisiarına çevrilib, sanksiyalara məruz qalan malların ticarəti ilə məşğul olub. Qısa müddətdə Rusiya bazarını əvəz etmək son dərəcə çətin olacaq və Paşinyan seçkilər öncəsi çətin vəziyyətə düşə bilər. Bununla belə, iqtisadi şantajın uğur qazanma şansı azdır. İqtisadi artım illərində Ermənistan müəyyən təhlükəsizlik marjası, bir növ təhlükəsizlik yastığı toplayıb. Digər tərəfdən, tamhüquqlu regional inteqrasiya perspektivləri və ən əsası, təminatlı təhlükəsizlik açıq şəkildə qısamüddətli itkilərdən daha əhəmiyyətli faktordur”, - Danilov bildirib.

Azərbaycanlı təhlükəsizlik eksperti İlham İsmayıl öz növbəsində qeyd edib ki, Ermənistan KTMT-yə nisbətən asanlıqla məhəl qoymasa da, Avrasiya İqtisadi İttifaqının tədbirlərinə həmişə ehtiyatla yanaşıb və Rusiyanın maraqlarına açıq şəkildə zidd hərəkət etməməyə çalışıb.

"Bu, həm Sovet dövründə, həm də indi Ermənistanın Rusiyadan iqtisadi asılılığı ilə izah olunur. Rusiya-Ukrayna müharibəsinin başlaması və Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə Rusiya Federasiyası da Ermənistandan asılı vəziyyətə düşüb, çünki ikincisi bu sanksiyalara qoşulmayıb və Rusiyadan idxal və ixrac olunan mallar Ermənistan vasitəsilə həyata keçirilir. Lakin bu, Ermənistanın siyasətini Moskvaya yönəltməklə kifayətlənmir".

Ekspert hesab edir ki, baş nazirin müavini Overçukun İrəvana gözlənilən səfəri həm də Ermənistan rəhbərliyinin diqqətini Avrasiya İqtisadi İttifaqı və Zəngəzur dəhlizi aspektlərinə cəlb etmək məqsədi daşıyır.

Ermənistanın baş nazirinin Avrasiya İqtisadi Birliyinin son iclasında nümayişkaranə şəkildə iştirak etməməsinin mühüm səbəblərindən biri təbii ki, Vaşinqton sammitidir, - o deyir.

"Azərbaycanla sülh sazişinin paraflanması gələcəkdə Türkiyə ilə sərhədin açılması və Ermənistanın Rusiyadan iqtisadi asılılığının minimuma endirilməsi deməkdir. Hesab edirəm ki, Paşinyan yaxın gələcəyin müsbət cəhətlərini bildiyi üçün Qırğızıstanda keçiriləcək sammitdə iştirakdan açıq şəkildə imtina etdi.

Ola bilsin ki, Zəngəzur dəhlizi işə başlayana qədər (yolun ən azı 3-4 ilə başa çatdırılacağı bildirilir) Ermənistan Avrasiya İqtisadi İttifaqının şərtlərinə əməl edəcək və bundan sonra Ermənistan ərazisində bu ittifaqın üzvləri üçün Aİİ-nin şərtləri qüvvədə qala bilər. O vaxta qədər yeni dünya nizamının istiqaməti də mühüm amil olacaq.

Hazırda Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxarılması təhlükəsi yoxdur. İki ilə yaxındır ki KTMT-dəki fəaliyyətini dondurmasına baxmayaraq, Ermənistana qarşı sərt tədbirlər görülməyib. Hesab edirəm ki, Paşinyan Ermənistanda hakimiyyətini davam etdirsə, Rusiya ilə münasibətlərdə xüsusi gərginlikdən qaçmaq üçün Zəngəzur dəhlizindən istifadə edən Avrasiya İqtisadi İttifaqı ölkələrinə tətbiq edilən şərtlər bir müddət qala bilər”, - ekspert hesab edir.

Tərcümə - Elçin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Avqust 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri