Rusiya Əsədin Moskvaya tonlarla pul gətirməsi xəbərinə reaksiya verdi
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qərb mətbuatında Suriyanın eks-prezidenti Bəşər Əsədin Moskvaya təyyarə ilə nağd pul keçirməsi ilə bağlı dərc olunan yazılardan ehtiyatlı olmaq lazımdır".
"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.
O, Britaniyanın “Financial Times” qəzetindəki müvafiq məqaləni belə qiymətləndirib:
"Məncə, bunun “Financial Times”da dərc olunması onu manipulyasiya etmək, müvafiq qiymətləndirmələr, müvafiq şərhlər vermək üçün media məkanına sərfəli versiyanın daxil edilməsi üzrə klassik əməliyyatdır", - o vurğulayıb.
Bu baxımdan, senatorun fikrincə, Qərb mediasında bu tip nəşrlərə ehtiyatla yanaşmaq lazımdır.
Dekabrın 16-da “Financial Times” yazıb ki, Suriya Mərkəzi Bankı 2018-2019-cu illərdə ölkənin devrilmiş prezidenti Bəşər Əsədin hələ də hakimiyyətdə olduğu dövrdə Moskvaya milyonlarla dollar nağd pulla bir neçə təyyarə göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 Dekabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















