Əsədin Rusiyaya tonlarla pul göndərməsi xəbərinə Moskvadan reaksiya: Qalan hər şey ardınca gələcək
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin “Financial Times”ın Bəşər Əsədin hakimiyyətdə olduğu 2018-2019-cu illərdə Moskvaya milyonlarla dollar nağd pul daşıyan bir neçə təyyarə göndərməsi ilə bağlı xəbərləri ilə bağlı diqqətli olmağa çağırıb.
Publika.az xəbər verir ki, senator Lenta.ru ilə söhbətində fikirlərini bölüşüb.
“Məncə, bunun “Financial Times”da dərc olunması onu manipulyasiya etmək, müvafiq qiymətləndirmələr, müvafiq şərhlər vermək üçün media məkanına sərfəli versiyanın daxil edilməsi üzrə klassik əməliyyatdır. Qalan hər şey ardınca gələcək. Gəlin görək bu məlumat nə dərəcədə doğrudur və niyə indi yayılıb”, - deyə Karasin deyib.
Senator bildirib ki, nəşrin bu iddiası birbaşa Əsədə və Moskvaya qarşı yönələ bilər.
“Burada tədbirlər kompleksini şərh etmək olar. Ancaq hələlik biz ona] çox diqqətlə yanaşmalıyıq”, - deyə o yekunlaşdırıb.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 16 Dekabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















