Icma.az
close
up
RU
Rusiya Estoniyanı işğal etsə, NATO nə edəcək?

Rusiya Estoniyanı işğal etsə, NATO nə edəcək?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qan Turalı yazır...

Son günlərin ən çox müzakirə edilən mövzusu heç şübhəsiz ki, Ər-Riyad şəhərində aparılan Rusiya-ABŞ danışıqlarıdır. Bu danışıqlara Ukrayna və Avropa Birliyi ölkələrinin daxil edilməməsi qoca qitədə dərin bir məyusluq və Avropanın gələcəyi ilə bağlı qorxu yaradıb. Marksın o məşhur sitatı kiçik dəyişikliklə çox yerinə düşür: "Avropada bir kabus dolaşmaqdadır, Tramp kabusu". Trampın yerinə "Rusiya" da yazmaq mümkündür.

ABŞ, Rusiya... Bir də Fransa üstünə gəlsə... Bizə yaxşı tanış olan bir mənzərə yaranır. Söhbət ATƏT-in Minsk qrupundan gedir. Qarabağ konflikti dalana dirəyən bir mexanizm... Vəziyyət buna çox bənzəyir.

Məsələ isə belədir. ABŞ olmadan Avropa öz təhlükəsizlik problemini həll edə bilərmi? Rusiya Ukraynadan sonra hansısa Avropa ölkəsini işğal etsə, onda necə olacaq? Bu həqiqətən də avropalıları ən çox düşündürən qorxunc ssenaridir. Münhen Təhlükəsizlik Konfransının üstünə çökən kabusun da əsas səbəbi elə budur.

Misal üçün, Rusiya Estoniyanı işğal etsə necə olacaq? Bu ölkə Ermənistandan bir az böyük Gürcüstandan isə balacadır, əhalisi isə 1.3 milyon nəfərdir. Estoniya ordusunun şəxsi heyəti isə cəmi 6500 əsgərdən ibarətdir. Başqa sözlə, Rusiya - Estoniya müharibəsi qarışqa ilə filin müharibəsinə bənzəyir. Zehni təcrübəmizə davam edək, Rusiya Estoniyanı işğal etsə onu ki qoruyacaq? Estoniya 2004-cü ildən NATO üzvüdür. NATO sazişinin V bəndi isə hücuma məruz qalan ölkəni qorumağı bütün NATO üzvlərinin vəzifəsi hesab edir. ABŞ vəziyyətə qarışmasa İngiltərə, Fransa, Almaniya Estoniyanı qoruya biləcəkmi?

Əsas sual da budur. Və bu suala müsbət cavab tapmaq avropalılar üçün mümkünsüzdür.

NATO üzvlərinin ÜDM-nin iki faizinin hərbi xərclərə ayırmasını təklif edir. Rusiya-Ukrayna müharibəsinə qədər bir çox Avropa ölkələri NATO-nun bu tövsiyəsini qulaqardına vururdu. Trampın prezidentliyinin ilk dövründə bu məsələ dəfələrlə qaldırılmışdı. Ancaq heç bir xeyri olmamışdı. Hazırda isə Polşa ÜDM-nin 4.1 faizini hərbi xərclərə ayırır və buna görə NATO ölkələri arasında birincidir. ABŞ-də isə bu rəqəm 3.4 faizdir.

Bu, o demək deyil ki, Polşa müdafiəsinə daha çox pul ayırır. 2023-cü ilin ÜDM-nə nəzər saldıqda bu fərq aydın görünür. Belə ki, həmin ildə ABŞ-nin ÜDM-i 26.7 trilyon dollar təşkil edirdisə, Polşada bu rəqəm 800 milyard dollar idi.

Bu mənada Avropa ölkələri öz təhlükəsizliklərini qorumaq üçün ABŞ-yə möhtacdırlar. Bəs Avropa Zelenskinin dediyi kimi, öz ordusunu qura bilərmi? Mövcud vəziyyətdə mümkünsüz görünən bir ssenari... Bunun üçün aylar yox, illər lazımdır.

"BBC World Service"də Rebekka Torn imzası ilə yayımlanan bir məqalə "Avropa öz ordusunu qura bilərmi?" adlanır. Məqalədə bu ideyanın uğursuzluğa düçar olunacağı fikrini irəli sürən müəllif bir neçə arqument də gətirir. Arqumentlərdən biri budur: "NATO-nun ilk günlərindən bu zamana qədər hərbi əməliyyatları Avropa Müttəfiqlik Ali Komandanlığı idarə edir. Bu qurumun başında isə həmişə ABŞ-li zabitlər dayanırlar. Bu vəzifə ABŞ-li generallara mühüm əməliyyat və təşkilatçılıq təcrübəsi qazandırır. Ancaq avropalı generalların belə bir təcrübəsi mövcud deyil".

Başqa səbəblər də mövcuddur, koordinasiya problemi, texniki təchizat məsələsi, kifayət qədər büdcə ayrılmaması və s. Müəllifin sitat gətirdiyi politoloq Vitman Avropa ordusunun qurulmasının xəyal olduğunu vurğulayır.

Avropanı çətin günlər gözləyir. Avropa da gözləyir. Əldən başqa iş gəlmir. Ancaq bu vəziyyətin ağrılı nəticələr verəcəyi də gün kimi aydındır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Fevral 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri