Icma.az
close
up
RU
Rusiya Polşanı işğal etsə, NATO nə edəcək?

Rusiya Polşanı işğal etsə, NATO nə edəcək?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qan Turalı yazır...

Bu ilin fevral ayının 20-sində Oxu.Az-da dərc edilən məqaləm belə adlandırdı: "Rusiya Estoniyanı işğal etsə NATO nə edəcək?" https://oxu.az/dunya/rusiya-estoniyani-isgal-etse-nato-ne-edecek Məqalənin sonluğu isə belə idi: "Avropanı çətin günlər gözləyir. Avropa da gözləyir".

Görünən dağa nə bələdçi? Artıq rus dronları NATO üzvü olan Polşaya hücum etməyə başlayıb. Polşa ordusu hərbi əməliyyatlara hazır olduğunu vurğulayan bir açıqlama yayıb.

Artıq Suvalki dəhlizi haqqında danışmağın vaxtıdır. Bu dəhliz Belorusla Litva ərazisindən keçməklə Rusiya ekslavı Kalininqradı birləşdirir. Dəhlizin uzunluğu isə cəmi 65 kilometrdir. Dəhlizin əhəmiyyəti isə bundadır ki, dəhliz Rusiya ordusu tərəfindən nəzarətə götürüldüyü təqdirdə Baltikyani ölkələrin NATO ölkələri ilə təması kəsilir və blokadaya düşür. Başqa cür desək Polşa dəhlizin cənubunda qalır, Baltikyanı ölkələr isə şimalında... Bununla da 2004-cü ildən NATO üzvü olan Latviya, Litva və Estoniya tamamilə köməksiz vəziyyətdə qalır. Bu ölkələrin aktiv hərbçi sayı heç 30 min də etmir. Vəziyyət göz qarşısındadır.

Burada başqa bir ssenari də mövcuddur. Hərçənd, bu ssenari daha təhlükəli və mürəkkəbdir. Belə ki, Rusiya Polşanın şimalını işğal etdiyi təqdirdə də Suvalki dəhlizinə Polşanın, dolayısı ilə NATO-nun çıxışı dayandırılır.

Rusiyanın bunu edib-etməyəcəyi başqa bir yazının mövzusudur. Ancaq onun əlində belə bir imkan mövcuddur. Almaniyanın "Şpigel" jurnalı Rusiyanın Kalininqradı maddi vəsait müqabilində Almaniyaya qaytarmağa hazır olduğunu bildirmiş ancaq almanlar diqqətləri Şərqi və Qərbi Almaniyanı birləşdirməyə qarışdığı üçün təklifə rədd cavabı vermişdi. Rusiyanın istədiyi məbləğin isə 70 milyard marka olduğu qeyd olunur. Hazırkı dövrdə bu məbləğ təxminən 90 milyard avroya bərabərdir.

İndiki dövrdə NATO ölkələrinin başda ABŞ olmaqla Polşanı və Baltikyanı ölkələri qorumaq üçün müharibəyə başlayacaqlarını düşünmək sadəlövhlük olar. Halbuki, 1949-cü ildə Vaşinqtonda imzalanan və NATO-nun hüquqi əsaslarını müəyyən edən "Şimali Atlantika müqaviləsi"nin beşinci bəndi Avropada və ya Şimali Amerikada onlardan birinə və ya bir neçəsinə qarşı silahlı hücum hamısına qarşı edilmiş hücum kimi qəbul edilməsini nəzərdə tutur. Müqavilən bu bəndinin işlək olmayacağı gün kimi aydındır. Bu isə əlbəttə ki, NATO-nun sonu deməkdir. Çünki öz üzvlərinə təhlükəsizlik zəmanəti verən müqavilə işlək deyilsə, NATO da mənasız və əhəmiyyətsiz bir quruma çevrilir.

Əlbəttə ki, Rusiyanın Suvalki dəhlizini işğal etməsi xəyali bir ssenaridir. Ancaq yaxın dövrlərə qədər Ukraynanın işğalı da xəyali idi. Ya da Polşaya hücum... Böyük dövlətlər isə bütün bu kimi ssenarilərə qarşı hazırlıqlı olmalıdır.

Ümumilikdə isə, dünyada II Dünya Müharibəsinin başladığı dövrə bənzər bir çaxnaşma, çalxalanma müşahidə edilir. Köhnə misalla desək, kartlar yenidən paylanılır. Çin hərbi parad keçirərək öz hərbi qüdrətini nümayiş etdirir. Yaponiya II Dünya Müharibəsindən indiyə qədər aktiv tətbiq etdiyi müdafiə strategiyasından imtina edərək öz ordusunu hücum konsepsiyası üzərində qurmağa başlayır. İsrailin Yaxın Şərqdə apardığı siyasət beynəlxalq qurumların proseslərə heç bir təsir qüvvəsi qalmadığını göstərir. ABŞ Venesuelaya hərbi müdaxilə etməyə hazırlaşır. Eləcə də Yaponiyadan tutmuş Almaniyaya, oradan Böyük Britaniya və ABŞ-yə qədər irqçilik güclənir, cəmiyyətlərin onillərlə oturuşmuş daxili nizamı silkələnir. Avropanın mərkəzində baş verən müharibə artıq dördüncü ilə yaxınlaşır. Molla Nəsrəddinə deyəndə ki, dünya alt-üst olacaq, o da cavab verir ki, bəlkə altı üstündən yaxşı oldu...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri