Rusiya Federasiya Şurası İranla strateji tərəfdaşlıq sazişini təsdiqləyib
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Rusiya Federasiya Şurası plenar iclasda Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanunu təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Razılaşma İran Prezidenti Məsud Pezeşkianın yanvarda Moskvaya səfəri zamanı imzalanıb. Sənəd uzunmüddətli perspektivdə Moskva ilə Tehran arasında əməkdaşlığın gələcək inkişafı üçün hüquqi bazanı müəyyən edir. Müqavilə Rusiya və İranın strateji tərəfdaş statusunu müəyyən edir və müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.
Bu mövzuda digər xəbərlər:Putin İranla strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib
21 Aprel 2025 16:41
Rusiya Federasiya Şurası ali məktəblərdə ödənişli yerlərin sayını məhdudlaşdıran qanunu təsdiqləyib
21 May 2025 14:39
Federasiya Şurası Zelenskinin statusunu qiymətləndirib
13 May 2025 16:12
Federasiya Şurası NATO nun dağılmasından danışıb
02 Mart 2025 18:49
Federasiya Şurası Zurabişvilini təxribat hazırlamaqda ittiham edib
15 Dekabr 2024 18:33
Baxış sayı:120
Bu xəbər 16 Aprel 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















