Rusiya Federasiyası miqrant uşaqların Rusiya dəyərlərinə məhəl qoymamaq meylini qiymətləndirəcək
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyalı müəllimlərə miqrant uşaqları olan məktəblərdə şagirdlərin cinayət törətmək ehtimalını müəyyən etmək üçün onların ifadələrinə nəzarət etmək tövsiyə olunub.
Oxuməni.Az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti Təhsil Nazirliyinin Daxili İşlər və Təhsil və Elm nazirlikləri ilə birgə hazırladığı metodiki tövsiyələrə istinadən məlumat yayıb.
Sənədə əsasən, müəllimlər yazılı əsərlərdə tarixi yaddaşa, ənənəvi rus dəyərlərinə və dövlət rəmzlərinə etinasızlığı əks etdirən ifadələrə diqqət yetirməlidirlər. Müəllimlər həmçinin miqrant uşaqların "Vacib söhbətlər" dərslərinin məzmununa reaksiyasını izləyəcək və siyasi, sosial və dini mövzulara dair söhbətlərin sayında kəskin artım, ekstremist mühakimələr və dözümsüzlük halları qeydə alınacaq.
Daha dolğun bir mənzərə əldə etmək üçün müəllimlərə qeyri-rəsmi şəraitdə məktəblilərlə anonim sorğular və fərdi söhbətlər aparmaq tövsiyə olunur.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 13 Avqust 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















