Rusiya Federasiyasının İrkutsk vilayətində əldəqayırma traktorun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb
Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İyunun 11-də İrkutsk vilayətində yol-nəqliyyat hadisəsi baş verib, mini traktor və minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb.
Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, qəza Alarski rayonunun Nıqda kəndi yaxınlığında baş verib. Agentliyin mənbəsinin sözlərinə görə, qəzaya uğrayan traktor əldəqayırma olub.
Daxili İşlər Nazirliyinin regional qərargahından verilən məlumata görə, qəza Çeremxovo - Qolumet - Onot yolunun 28-ci kilometrliyində baş verib. Qəza nəticəsində əldəqayırma traktorun sürücüsü və 4 sərnişini dünyasını dəyişib. İdarədən verilən məlumata görə, minik avtomobilinin sürücüsü təcili yardım maşınında dünyasını dəyişib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, “Lada Granta” markalı avtomobilin sürücüsü magistral yolda sürəti artıraraq tam sürətlə qarşısında hərəkətdə olan əldəqayırma traktora çırpılıb.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 İyun 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















