Icma.az
close
up
RU
Rusiya Fransanı əsas bölgədən sıxışdırıb çıxardı: Putin həmin ölkədə baza yaradır

Rusiya Fransanı əsas bölgədən sıxışdırıb çıxardı: Putin həmin ölkədə baza yaradır

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vladimir Putin əsas Afrika müttəfiqini Rusiyanın Suriyada Əsəd rejiminin süqutunun qarşısını ala bilməməsindən sonra Kremlin hərbi yardımına arxalana biləcəyinə inandırmağa çalışır.

Publika.az xəbər verir ki, bu barədə “The Times” yazır. Nəşr qeyd edir ki, Mərkəzi Afrika Respublikasının prezidenti Fosten-Arkanj Tuaderanı 2018-ci ildən almaz və qızılla zəngin Afrika ölkəsinə göndərilən rusiyalı “Vaqner Qrupu”nun muzdluları dəstəkləyib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Tuadera Moskvaya "təhlükəsizliyin qorunması ilə bağlı çox həssas" məsələləri müzakirə etmək üçün səfər edib.

Qeyd edilir ki, 2023-cü ildə Vaqner qüvvələri Tuaderaya prezidentlik müddətinə məhdudiyyətləri qaldıran referendumun təşkilinə və qalib gəlməsinə kömək edib. Referendum üsyançı qüvvələrin ölkənin əksər hissəsini nəzarətdə saxlamasına və döyüşlər nəticəsində köçkün düşən əhalinin üçdə birinə baxmayaraq baş tutub.

Vaqneritlər öz gücünü saxlamaq müqabilində CAR-ın gəlirli qızıl, almaz və ağac ehtiyatlarına nəzarəti ələ keçiriblər. Tənqidçilər Touaderanı muzdlu dəstəyə güvəndiyinə görə “Prezident Vaqner” adlandırıblar.

Qəzetin yazdığına görə, Tuadera bu il Putini ziyarət edən ilk xarici liderdir və Kremldəki danışıqlar ötən ay Bəşər Əsəd Suriyadan Rusiyaya qaçmağa məcbur olduqdan sonra baş tutub.

Məlumata görə, Suriyadakı üsyançıların son uğurları Touaderanı alternativ təhlükəsizlik təminatlarını nəzərdən keçirməyə vadar edə bilər.

O da vurğulanıb ki, Rusiya CAR-da hərbi baza açmağa çalışır, lakin hələlik heç bir razılıq əldə olunmayıb.

Politoloq Sergey Markov deyir ki, Qərbi və Mərkəzi Afrikada, Frankofoniya zonasında (fransız dilli ölkələr) Parisin bu ölkələrin maraqlarını müdafiə edə bilməməsi səbəbindən Fransanın mövqeyi kəskin şəkildə zəiflədi: “Fransa onların təhlükəsizliyini təmin etmir. Ölkələrin periferiyasında müharibələr, toqquşmalar baş verir, lakin Paris onları yatıra bilmir. Emmanuel Makron hətta bununla bağlı xərcləri də azaldıb. Paris Ukraynaya fəal kömək edən dünyanın ən radikal anti-Rusiya qüvvələrindən birinə çevrilib. Rusiya onu əvvəlcə Mərkəzi Afrika Respublikasından, sonra Mali və Burkina Fasodan sıxışdırıb çıxardı, indi isə Çad və Seneqalda bu proses gedir".

Akqabay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://publika.az
archiveBu xəbər 17 Yanvar 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri