Rusiya FTX: Ukrayna Moskvanın HHM sisteminə zərbə endirməyi planlaşdırıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Moskvanın hava hücumundan müdafiə sisteminin əsas elementlərindən birinə dron zərbəsi endirməyi planlaşdırıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, FSB enerji obyektinə və Moskvanın raketdən müdafiə sisteminin əsas elementinə qarşı terror hücumlarının qarşısını alıb.
"Cənubi Qafqazdan olan iki nəfər saxlanılıb.
Onlardan biri Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) zabiti tərəfindən "verbovka" olunub və onun təlimatı ilə terror hücumunu hazırlamaq və həyata keçirmək üçün Rusiyaya gəlib. O, həmçinin bu məqsədlə bir tanışını da bu işə cəlb edib.
Cinayətkarlar daha sonra Smolensk və Kaluqa vilayətlərində gizlənc yerlərindən FPV dronlarını və əldəqayırma partlayıcı qurğuların komponentlərini ələ keçiriblər.
Şübhəlilər hücum PUA-larını konfiqurasiya edib və onları Moskva vilayətindəki buraxılış məntəqəsinə çatdırıblar. Dronlar Ukraynadan məsafədən idarə olunmalı imiş",FSB-nin məlumatında qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 26 Oktyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















