Icma.az
close
up
RU
RUSİYA GENERALI NECƏ ÖLDÜRÜLÜB? Təfərrüat açıqlandı

RUSİYA GENERALI NECƏ ÖLDÜRÜLÜB? Təfərrüat açıqlandı

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini, general-mayor Mixail Qudkovun ölüm səbəbləri və şəraiti ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Onun həlak olduğunu Rusiya Müdafiə Nazirliyi rəsmi şəkildə təsdiqləyib.

Nazirliyin yaydığı məlumata görə, general Qudkov iyulun 2-də Kursk vilayətinin sərhəd bölgəsində döyüş tapşırığı yerinə yetirərkən həlak olub. Hadisənin dəqiq təfərrüatları rəsmi açıqlamada yer almasa da, müstəqil mənbələr və regional rəhbərlik versiyanı konkretləşdirir.

Məlumata ilk dəfə Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako toxunub. O, general Qudkovun həlak olduğunu ictimaiyyətə açıqlayaraq, ölənlər arasında zabit Nəriman Şıxəliyevin də adını çəkib. Qubernatorun sözlərinə görə, həlak olanlar xüsusi döyüş tapşırığı icra edərkən həyatlarını itiriblər.

Hadisənin detalları isə daha sonra Teleqram kanallarında yayılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, general Qudkov Ukrayna ordusunun Rusiya-Ukrayna sərhədində yerləşən Korenevo kəndi yaxınlığındakı rus komanda məntəqəsinə endirdiyi raket zərbəsi nəticəsində öldürülüb.

Məsələyə dair Ümumrusiya Dəniz Piyadaları İctimai Təşkilatı – “Tayfun” da açıqlama yayıb. Qurumun nekroloqunda qeyd olunur ki, 2 iyul tarixində Ukrayna Silahlı Qüvvələri Rusiyanın 155-ci dəniz piyada briqadasının komanda məntəqəsini raket atəşinə tutub. Raket hücumu nəticəsində general da daxil olmaqla bir neçə yüksək rütbəli hərbçi məhv edilib.

Bu, Rusiya ordusunun yüksək rütbəli komandanlığına qarşı Ukraynanın son aylarda həyata keçirdiyi ən diqqətçəkən və strateji hücumlar sırasına daxildir. Xüsusilə, sərhədyanı bölgələrdə komanda məntəqələrinin hədəfə alınması Moskvanın bu cəbhədəki əməliyyat imkanlarını zəiflətməyə yönəlmiş planlı taktikanın tərkib hissəsi kimi qiymətləndirilir.

Rasim Əliyev

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 İyul 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri