Icma.az
close
up
RU
Rusiya geri çəkilsə, qiyam baş verə bilər

Rusiya geri çəkilsə, qiyam baş verə bilər

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Hörümçək toru əməliyyatı təkcə Rusiya-Ukrayna müharibəsi kontekstində deyil, ümumilikdə Rusiyanın hərbi potensialına ciddi zərbədir".

Bu fikirləri News24.az-a açıqlamasında politoloq Ərəstun Oruclu səsləndirib.

Politoloqun sözlərinə görə, Ukrayna müharibəsi zamanı Rusiya tez-tez təbliğatçılarının və deputatlarının dili ilə nüvə təhdidi səsləndirirdi:

"Ukrayna kəşfiyyatı tərəfindən sıradan çıxarılan strateji bombardmançı təyyarələr, Rusiyanın "nüvə kreadası" adlandırılan daşıyıcı vasitələrinə vurulan ağır zərbədir. Rusiya özünü təmkinli göstərməyə çalışacaq ki, guya onun hərbi potensialına ciddi zərbə dəyməyib. Eyni zamanda isə daha da aqressivləşəcək və biz artıq bu əlamətləri müşahidə edirik. Danışıqlardan yayınmaq və prosesi uzatmaq məqsədilə Rusiya İstanbul görüşündə ağır və qəbuledilməz şərtlər irəli sürdü. Paralel olaraq, Ukrayna şəhərləri yenidən bombardmana məruz qaldı. Ancaq bu, yalnız qısamüddətli təsirə malikdir. Əsl təsiri bir neçə ay sonra görünəcək".

Ərəstun Oruclu əlavə edib ki, Ukrayna müharibə gündəmini dəyişməklə göstərdi ki, PUA müharibəsi aviasiya müharibəsindən qat-qat effektivdir:

"Digər tərəfdən, Ukraynanın özündə artıq bu PUA-ların istehsalı həyata keçirilir. Əgər müharibə gedişində Rusiya əlavə uğurlar əldə edə bilməsə, o zaman taktikasını dəyişməyə məcbur olacaq. Bu da hücumların azalması və danışıqlar prosesinin müəyyən qədər effektiv məcraya yönəlməsi ilə nəticələnə bilər.

Lakin istənilən halda, Rusiya qarşısına qoyduğu strateji hədəflərdən imtina etməyəcək. Çünki geri çəkiləcəyi təqdirdə ölkə daxilində qiyam təhlükəsi yarana bilər - necə ki, bir zamanlar Priqojin qiyamı baş vermişdi".

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 İyun 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri