Rusiya həmişə avropalıları qorxudub Peskov
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Rusiya öz nəhəng ölçüləri və qüdrəti ilə hər zaman avropalıları qorxudub, onlar isə öz növbəsində Rusiyanı "xəyali düşmən" kimi istifadə etməyi əlverişli hesab ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.
Kreml rəsmisi qeyd edib ki, bu cür yanaşma daxili siyasi məqsədlər üçün olduqca rahatdır:
"Böyük bir Avrasiya ölkəsi olan Rusiya öz ölçüləri və gücü ilə həmişə bir çox avropalıları qorxudub. Onlar üçün bu bəhanə ilə öz daxillərində gedən müəyyən prosesləri rəsmiləşdirmək məqsədilə bizi xəyali düşmən kimi istifadə etmək həmişə rahat olub. Xarici düşmən obrazı yaratmaq daxili siyasi hədəflər üçün hər zaman əlverişlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 12 Aprel 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















