Sankt Peterburqun mərkəzində Miller malikanəsində güclü yanğın baş verib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində, İsaakiyev kilsəsinin qarşısında yerləşən Miller malikanəsində güclü yanğın baş verib.
"Lenta.ru" xəbər verir ki, alov binanın üç mərtəbəsini əhatə edib. Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.
Sankt-Peterburq üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi yanğına ikinci mürəkkəblik dərəcəsinin verildiyini bildirib. Yanğının söndürülməsinə 8 texnika və 40 nəfər şəxsi heyət cəlb edilib.
Hələlik xəsarət alanlar barədə məlumat daxil olmayıb. Yanğının əhatə etdiyi sahə dəqiqləşdirilir.
Qeyd olunur ki, yanğının baş verdiyi bina mədəni irs obyekti statusuna malikdir.
Bu mövzuda digər xəbərlər:Sankt Peterburqun yarısı miqrantların kuryer işləməsinə qarşıdır...
06 Sentyabr 2025 19:34
Soydaşımız Sankt Peterburqun ən yaxşı müəllimləri sırasında yer alıb
20 Oktyabr 2025 15:08
Azərbaycanlı iş adamı Sankt Peterburqun mərkəzi ərazisini aldı FOTO
08 Aprel 2026 15:29
Sankt Peterburqun dörd muzeyində ziyarətçilər anonim təhdidlərdən sonra təxliyə edilib
09 Sentyabr 2025 17:54
Fransada aktyor Corc Kluninin malikanəsində yanğın baş verib
12 İyul 2025 01:33
Baxış sayı:93
Bu xəbər 01 Oktyabr 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















