Icma.az
close
up
RU
Rusiya hibrid müharibə üsulları ilə Azərbaycanın müstəqil siyasət yürütməsini əngəlləyə bilməz.

Rusiya hibrid müharibə üsulları ilə Azərbaycanın müstəqil siyasət yürütməsini əngəlləyə bilməz.

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Azərbaycanın Ukraynadakı səfirliyinin növbəti dəfə Rusiyanın hücumunun hədəfinə çevrilməsi və “İsgəndər” raketinin qəlpələrinin səfirliyimizin binasına xəsarət yetirməsi əsla təsadüf ola bilməz. Beynəlxalq konvensiyalara görə diplomatik nümayəndəliklər heç bir halda zərbə hədəfinə çevrilməməlidir. Paradoksal hal budur ki, Rusiya da həmin konvensiyalara qoşulub, lakin konvensiyaların müddəalarına əməl etmək əvəzinə, barbarlığa yol verir.
Prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Azərbaycanın Kiyevdəki səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını haqlı olaraq pisləyib və beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb. Bu hücum bir daha onu göstərir ki, Rusiya beynəlxalq hüquqa yox, yalnız qaba güc və hegemonluq anlayışına üstünlük verir. Bu da neoimperializmin acı reallığıdır.
Lakin ədalət anlayışını heç kim inkar edə bilməz. Ədalət isə istənilən cinayətin cəzalandırılmasını tələb edir. Rusiya da Ukraynaya qarşı işğalçı siyasətinin bədəlini mütləq ödəyəcək. Səfirliyimizin binasının zərbə hədəfinə çevrilməsinə görə də məhz Rusiya tərəfi məsuliyyət daşıyır. Rəsmi Moskva Azərbaycanın Kiyevdəki səfirliyinə qarşı növbəti hücumunun motivlərinə aydınlıq gətirməli və səfirliyin binasına dəymiş ziyana görə kompensasiya ödəməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bu hadisə ilə bağlı Rusiyaya nota verməsi düzgün addımdır.
Bu notadan sonra yəqin ki, Kreml öz aqressiv hərəkətlərinə çəki-düzən vermək barədə düşünməyə başlayacaq. Rusiyanın həm Ukraynadakı səfirliyimizin binasını, həm də Azərbaycanla əlaqəli digər obyektləri hədəf alması ilk dəfə deyil. 8 noyabrda Bakıda keçirilən möhtəşəm Zəfər paradından sonra Rusiyanın növbəti dəfə "ayı siyasəti"nə əl atması, onun Azərbaycanın güclənməsini və Cənubi Qafqazda əsas söz sahibinə çevrilməsini heç cürə həzm edə bilmədiyini göstərir. Lakin Rusiyanın bu cür qaba siyasəti onun öz əleyhinə işləyir. Rusiya bu cür "hibrid müharibə" üsulları ilə Azərbaycanın müstəqil siyasət yürütməsini əngəlləyə bilməz.
Əlisahib Hüseynov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Noyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see162

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see134

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see125

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see124

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see124

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see123

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see123

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see121

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see120

Ayxan Abbasov Azərbaycan futbolunun qarşısındakı problemlərdən danışıb

12 Noyabr 2025 22:27see118

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri