Icma.az
close
up
RU
Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir Əli Məsimli

Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir Əli Məsimli

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycanın İkincı Qarabağ mühahubəsindən böyük zəfərlə çıxdıqdan sonra yeni reallıqlar yaratması və getdikcə daha real şəkildə mühüm regional gücə çevrilməsi həm Qərb,həm də Şərq ölkələrinin timsalında ölkəmizə diqqəti daha da artırıb. Təbii ki, bunun əsasında bir sıra digər diqqətçəkən amillər də dayanır. Azərbaycanın iqtisadi potensialı, çoxşaxəli əməkdaşlığa üstünlük verən və fəal enerjidaşıyıcılı ölkələrdən biri olması, Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayan coğrafi mövqeyi, nəqliyyat-logistika infrastrukturu, beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınması və sair bu kimi amillər ölkəmizi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üçün də vacib tərəfdaşa çevirib. Bu özünü Azərbaycanın ŞƏT-in aparıcı dövləti olan Çinlə sürətlə inkişaf edən və dərinləşən münasibətlərində daha qabarıq göstərir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli Azərbaycanın ŞƏT-ə üzvlüyünün yalnız Hindistan yox, Rusiya tərəfindən də bloklanması barədə məlumatdan danışarkən bildirdi.

Onun sözlərinə görə, ŞƏT-də Çinin aparıcı rola malik olması və son illər Azərbaycan-Çin münasibətlərinin sürətlə inkişafı ölkəmizin ŞƏT-lə əməkdaşlığına da müsbət təsir göstərib:

"Çin Prezidenti Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasına dəstək verdi. Azərbaycan da ŞƏT-dəki statusunu yüksəltmək niyyətini ifadə etdi. Lakin Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü blokladı.Təbii ki, bunun görünən və görünmyən tərəfləri var. Burada Hindistanın Azərbaycana qarşı sərgilədiyi düşmənçilik münasibəti, bizə dost olan Pakistanın Azərbaycana olan isti münasibəti ilə əlaqədar Hindistanın bizə münasibətinin pisləşməsi, Hindistanın bizi ŞƏT-ə üzvlüyümüzü dəstəkləyən Çinlə münasibətlərin alt qatında problemlərin olması və sair bu kimi amillər rol oynayıb. Bununla yanaşı belə bir fikir də yayılıb ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb. Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında müvafiq razılaşma əsasında baş verib".

Deputat əlavə etdi ki, Rusiyanın bu məsələyə daxil olmasının həqiqət payının nə qədər olmasından asılı olmayaraq, həmin dövlətlərin bizə olan gerçək münsibətləri baxımından burada qeyri-adi bir şey yoxdur:

"Hindistan Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyən dövlətlərdən biridir. Rusiya da Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir, üstəlik Qarabağ Zəfərindən sonra Cənubi Qafqazda zəiflədiyi və itirdiyi mövqeləri bərpa etmək üçün Azərbaycana qarşı hər cür təzyiq vasitələrindən istifadə edir, Azərbaycanın türk dünyası ilə əlaqələrinin getdikcə genişlənməsi Rusiya üçün qəbuledilməz amillərdəndir. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” kontekstində Azərbaycan-Çin münasibətlərinin sürətlə inkışafı və strateji tərəfdaşlıq müstəvisinə keçməsi də Rusiyanı əndişələndirən amillərdəir. Hazırkı qeyri-müəyyənlik şəraitində bölgəmizdə dayanıqlı sülh və sabitliyin təmin olunmasına xidmət edən böyük sülh sazışının bağlanması çox böyük aktuallıq kəsb edir. Bu baxımdan bu ilin avqustunda Vaşinqtonda imzalanan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfərindən sonra Cənubi Qafqazın siyasi tarixində baş verən ən önəmli hadisələrdən biridir".

Müsahibimizin fikrincə, beş il bundan əvvəl hərb meydanında tarixi qələbə qazanan Azərbaycan bu dəfə diplomatiya müstəvisində də çox mühüm bir qələbəyə imza atdı:

"Rusiya sözdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını dəstəkləsə də, orada öz yerini və rolunu görmədiyindən, bunu da ağrılı qarşılayr. Bununla yanaşı Azərbaycan ilə ABŞ arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu da Rusiyanı narahat edir. Belə amillərin sayı çox genişdir. Ona görə də Hindistan və Rusiyanın Azərbaycana əsl münasibəti daha çox ölkəmizin ŞƏT-də olub-olmaması ilə yox, dünya düzənin yeni səmtləri və reallıqları, həmin dövlətlərin ambisiyalarının yeni reallıqlara uyğun gəlməməsi və buna baxmayaraq onların Azərbaycan daxil bir sıra dövlətlərə qarşı məkrli siyasətindən əl çəkməməsi ilə əlaqədardır. Belə ki, Rusiya artıq nə iqtisadi,nə elmi-texniki, nə hərbi, nə də digər vacib istiqamətlərdə potensial baxımdan Böyük Güc adını daşıması üçün zəruri olan tələb və parametrlərə və deməli sərgilədiyi ambisiyalara da uyğun gəlmir. Rusiya bu vəziyyəti öz xeyrinə dəyişdirməkədən ötrü risk elədi, Ukrayna ilə müharibəyə girdi və çıxılmaz vəziyyətə düşdü.İndi müharibəni davam etdirmək də dayandırmaq da onu bu bataqlıqdan çıxara bilməz. Yeni dövr başlanıb".

Millət vəkili əlavə etdi ki, Rusiyanın postsovet məkanında diqtə etdiyi köhnə qaydalar artıq işləmir və bu kontekstdə Azərbaycan beynəlxalq münasibətlər sistemində yeni orbitə çıxır.

"Bütün bunlar Rusiyanı çox rahatsız edir və ona görə də Azərbaycana qarşı gerçək münasibətini bir sıra hallarda hətta isterik bir tərzdə ortaya qoyur. Bütün bunlarla yanaşı xüsusi qeyd etmək lazımdır ki, ŞƏT-də gedən son proseslərin orta perspektivdə bir sıra taleyüklü məqamlar üzrə büruzə verə biləcək başqa cəhəti də ola bilər", - deyə Əli Məsimli yekunlaşdırdı.

Xədicə BAXIŞLI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri