Icma.az
close
up
RU
Rusiya “husi kartı”nı işə salır Kreml üsyançı qrupa müasir silahlar, kəşfiyyat məlumatları ötürür AzPolitika onlayn siyasiictimai qəzet

Rusiya “husi kartı”nı işə salır Kreml üsyançı qrupa müasir silahlar, kəşfiyyat məlumatları ötürür AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Yəməndəki husi üsyançılar bir ildən çoxdur ABŞ-nin Qırmızı dənizdəki gəmilərinə hücum edir və atəş açırlar. Husilərin raket və dron hücumları mühüm qlobal ticarət yolunda problemlər yaradıb və ABŞ ilə Britaniyanı cavab zərbələri endirməyə vadar edib.

ABŞ mediası Rusiyanın husi üsyançılara hədəf seçməkdə kömək göstərdiyinə dair xəbərlər dərc etməyə başlayıb. Hədəflərin də çoxu Qərb şirkətlərinə məxsus ticarət gəmiləri, yaxud İsrailə yollanan və İsraildən gələn gəmilərdir.

Ekspertlər deyirlər ki, Rusiya husilərlə əməkdaşlığını genişləndirməkdədir. ABŞ-də terrorçu təşkilat elan olunan husiləri İran dəstəkləyir. İranın bu dəstəyinə kəşfiyyat bilgilərinin ötürülməsi də daxildir.

Vaşinqton ABŞ-nin təchiz etdiyi silahlardan Ukraynanın istifadəsinə qoyduğu qadağanı yumşaldıb. Buna cavab olaraq Moskva hətta husilərə müasir silahlar da verə bilər. "Onun ABŞ-yə göndərdiyi mesaj budur ki, Rusiya istəsə, həyatı çox ağrılı edə bilər. Bu, Vaşinqtonun Ukraynaya yardımına cavab tədbiri kimi yozula biləcək elə də örtülü olmayan təhdiddir", - Nyu-Yorkda yerləşən "Soufan Group" kəşfiyyat konsaltinq şirkətinin siyasət və araşdırma proqramının direktoru Kolin Klark ”Radio Svoboda”-ya belə deyib. Husilər Qırmızı dənizdə Qərb və İsrail hədəflərinə hücumlarının İsrailin Qəzza zolağında bir ildən artıqdır ki, apardığı dağıdıcı müharibəyə cavab olduğunu deyiblər.

Üsyançılar Qəzzada atəşkəs əldə edilənədək hücumlarını sürdürəcəklərinə söz veriblər. Qırmızı dənizdə gəmilərə hücumları yetərli saymayan husilər İsrailə raket və dron zərbələri də endirirlər.

Qəzza savaşı İsraili İranın dövlət və qeyri-dövlət aktorlarından ibarət dağınıq şəbəkəsi – "dirəniş oxu" ilə üz-üzə qoyub. Bu qeyri-dövlət aktorlar, əsasən, husilər, HƏMAS, "Hizbullah", eləcə də İraq və Suriyadakı şiə silahlı qruplaşmalardır.

Ekspertlər deyirlər ki, Rusiyanın husilərə dəstəyi Kremlin qlobal miqyasda Qərbə qarşı durmaq və antiqərb silahlı qrupları gücləndirmək narrativi ilə üst-üstə düşür. "Kreml Qırmızı dənizdə, yaxud Yaxın Şərqin istənilən yerində düşmənlərinin əsəblərini sınağa çəkən dostlarının olmasında maraqlıdır", - şərqşünas alim Ruslan Süleymanov radioya belə deyib və əlavə edib ki, Rusiya Qərbə qarşı duran istənilən qrupu dəstəkləyən qüvvə təsiri bağışlamaq istəyir.

ABŞ mediası və kəşfiyyatı son aylarda husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumuna kömək etmək məqsədilə Rusiyanın onlara kəşfiyyat, o cümlədən peyk bilgiləri ötürdüyü haqda xəbərlər yayır. İyul ayından bəri Kremlin husilərə hətta gəmi əleyhinə raketlər də verə biləcəyinə dair hədələr səsləndirməsi, ancaq ABŞ və Səudiyyə Ərəbistanının Rusiyanı bu fikirdən daşındırması haqda xəbərlər çıxır.

Ekspertlər bildirirlər ki, ABŞ-nin noyabrın 17-də Ukraynanın uzunmənzilli taktiki raket sistemlərindən (ATACMS) Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadəsinə icazə verməsindən sonra bu durum dəyişə bilər. Bildirilir ki, Rusiya husilərdən Qırmızı dənizdə gəmilərin hərəkətini əngəlləmək üçün yararlanır. Bundan başqa, Yəməndən Ukraynaya qarşı döyüşlərə qatılacaq döyüşçülər toplayır. Moskva bu yolla Rusiya gəmilərinin Qırmızı dənizdən rahat və güvənli şəkildə keçməsini də təmin edir.

2014-cü ildə Yəməndə dağıdıcı vətəndaş savaşı başlanandan bəri husilər ölkənin şimal-qərbini və Qırmızı dənizin sahilini öz nəzarətlərində saxlayırlar. Ekspertlər husilərin Rusiya ilə əlaqələrini genişləndirməkdən faydalandığını deyirlər. "Soufan Group"dan Klark deyib ki, Rusiya kəşfiyyatı üsyançılara Qırmızı dənizdə Qərb gəmilərini daha dəqiq hədəfə almağa kömək edib. Onun sözlərinə görə, bu, həm də onu göstərir ki, husilər "idarəolunmaz terrorçu dəstə" deyil.

"Əksinə, onlar ölçü-biçili aktor, Yaxın Şərqdə get-gedə daha iri oyunçuya çevrilən və bunu asimmetrik üsullarla gerçəkləşdirən bacarıqlı təşkilatdır", - Klarkın sözləridir.

ABŞ kəşfiyyatının bilgisinə görə, husiləri silah texnologiyaları və raket hissələri ilə təchiz edən İran onların əsas hərbi dəstəkçisidir.

Ekspertlərin fikrincə, üsyançılar Rusiyanın raket texnologiyasından ciddi ölçüdə yararlana bilərlər. ABŞ Konqresinin Yaxın Şərq üzrə keçmiş təhlilçisi Kennet Katsman deyir ki, bu texnologiyalar Tehranın təchiz etdiyi silahlardan xeyli daha dəqiq və effektivdir.

Bu, Rusiyanın müttəfiqi olan İrandan husilərin asılılığını azalda bilər. "Rusiya silahları husilərə hətta ABŞ və koalisiya hərbi gəmilərini uğurla vurmaq imkanı da verə bilər. Husilərin gerçəkdən ABŞ-nin hərbi dəniz gəmisini vurması Qırmızı dənizdə münaqişəni çox böyük ölçüdə gərə bilər", - Katsman belə deyib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri