“Rusiya iki hücum kampaniyası hazırlayır...” “Üçünü dayandırmışıq”
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Rusiyanın üç hücum kampaniyasını dayandırıb, lakin Moskva daha iki kampaniya planlaşdırır.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “SkyNews”-a müsahibəsində deyib.
"Avropa və ABŞ-də əhval-ruhiyyə həqiqətən də bir qədər dəyişir. Ümumiyyətlə, mən şadam ki, Rusiyanın bütün irəliləyişləri, bütün hücum missiyaları uğursuz olub - bunlardan üçü artıq olub və onlar qarşıda daha iki çətin hücum kampaniyası planlaşdırırlar. Onların son üç missiyası uğursuz oldu. Bu, mənim fikrimcə, çox mühüm siqnaldır”, - Prezident qeyd edib.
Zelenski deyib ki, Rusiyanın cəbhədəki uğurlar barədə bəyanatları yalandır: “Birincisi: mənim avropalılara və Ağ Evə dediyim kimidir - ruslar bizim Şərqimizi ələ keçirə bilməyəcəklər. Onların sizə dedikləri, Sumı şəhərini işğal edə biləcəkləri barədə iddiaları - hamısı yalan və manipulyasiyadır. Biz bunların hamısını sübut edə bilərik. Məhz belə də oldu: ruslar üç kampaniyanı uduzdular”.
O, əlavə edib ki, ruslar çoxlu sayda canlı qüvvə itkisi veriblər, xeyli texnika itiriblər və hazırda onlar böyük gərginlik altındadırlar.
Eyni zamanda, Zelenski bildirib ki, Ukrayna ordusuna silah və maliyyə dəstəyi verilməlidir ki, Ukrayna Rusiyanın daha iki hücum kampaniyasına tab gətirə bilsin.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 17 Sentyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















