Icma.az
close
up
RU
“Rusiya ilə faktiki müharibə vəziyyətindəyik” Britaniyanın keçmiş MI5 rəhbərindan həyəcanlı çağırış

“Rusiya ilə faktiki müharibə vəziyyətindəyik” Britaniyanın keçmiş MI5 rəhbərindan həyəcanlı çağırış

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Böyük Britaniyanın kəşfiyyat orqanı MI5-in keçmiş rəhbəri Eliza Manningham-Buller ölkəsinin artıq Rusiya ilə faktiki olaraq müharibə vəziyyətində ola biləcəyini bəyan edib. Onun sözlərinə görə, bu qarşıdurma ənənəvi tank və artilleriya döyüşləri ilə deyil, kiberhücumlar, diversiyalar və kəşfiyyat əməliyyatları vasitəsilə həyata keçirilir.

Manningham-Buller bildirib ki, Moskvanın fəaliyyətləri Britaniyanın milli təhlükəsizliyi üçün birbaşa təhdid yaradır. Buna görə də London qarşıdakı dövrdə daha çevik və müasir təhlükəsizlik strategiyaları hazırlamalıdır.

Keçmiş MI5 rəhbəri həmçinin xatırladıb ki, əvvəllər Rusiya ilə əməkdaşlıq imkanlarına ümidlər vardı. Lakin 2006-cı ildə Aleksandr Litvinenkonun Londonda zəhərlənərək öldürülməsindən sonra bu ümidlər tamamilə puç oldu.

Manningham-Bullerin xəbərdarlığı Britaniyada son illərdə artan kiberhücum fonunda daha da aktuallaşır. 2023 və 2024-cü illərdə Britaniya hakimiyyəti Rusiyanın dəstəklədiyi “Star Blizzard” adlı haker qrupunu parlament üzvlərinə, Müdafiə Nazirliyinə və seçki strukturlarına qarşı kiberhücumlarda ittiham edib. Bundan əlavə, bu il yayılan məlumatlara görə, Kremlə bağlı haker şəbəkələri Britaniyanın enerji infrastrukturu və maliyyə sektoruna qarşı da kibercasusluq fəaliyyətləri həyata keçirib. Ekspertlərin fikrincə, məqsəd həm gizli məlumat toplamaq, həm də ictimaiyyət arasında etimadsızlıq yaratmaqdır.

Manningham-Bullerin sözlərinə görə, Rusiyanın Qərbə qarşı uzunmüddətli düşmənçilik mövqeyi artıq tam aydındır. O, vurğulayıb ki, NATO ölkələri yalnız birgə və koordinasiyalı fəaliyyət sayəsində Moskvanın bu cür hibrid təhdidlərinə cavab verə bilərlər.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Sentyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri