Icma.az
close
up
RU
Rusiya ilə Ukrayna arasında atəşkəs aprelin ortasından başlaya bilər Deputat

Rusiya ilə Ukrayna arasında atəşkəs aprelin ortasından başlaya bilər Deputat

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Rusiya ilə Ukrayna arasında hələlik sülh müqaviləsindən deyil, 30 günlük atəşkəsin təmin olunmasından söhbət gedir. Bundan sonra uzun müddətli hərbi toqquşmalarının, müharibənin dayandırılması ilə bağlı müzakirələr aparıla bilər.

Bu barədə 525.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Deputat hesab edir ki, sülh sazişi xeyli vaxt tələb edəcək. Bununla belə, o, Rusiyanın 30 günlük atəşkəsə razı olacağını istisna etmir:  

“İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümü gəlir. Rusiya istəyir ki, bu bayram tədbirini bir az abırlı keçirsin, qonaqlar gəlsin. Ona görə də istisna etmirəm ki, 30 günlə razılaşsın. Sadəcə bu tarixin nə vaxtdan başlayacağı hələlik məlum deyil. Ola bilsin ki, aprelin ortasından başlasın və 9 may tarixini də əhatə etdin”.

Atəşkəsin razılaşdırılacağı halda, nə qədər dayanaqlı olacağına gəlincə, deputat yada salıb ki, Azərbaycanla Ermənistan arasında azı 6-7 dəfə atəşkəs elan olunmuşdur, amma sonda razılaşma uzun müddətli oldu: “O da vaxtaşırı pozulurdu. Sadəcə olaraq 30 günə əməl olunsa belə, bu, o demək olmayacaq ki, etibarlı atəşkəs təmin olundu. Çünki orda müşahidəçi yoxdur. Qüvvələri ayırmaq lazımdır. Elə yerlər var ki, qoşunlar demək olar ki, üz-üzə dayanıblar. Tərəflərin arasında 100 metr məsafə var, bunu necə təmin edəsən ki, atəşkəs pozulmasın. Yəni, müəyyən addımların atılması üçün atəşkəs uzun müddətli olmalıdır. Amma həm qələbə tədbirinə görə, həm də Rusiya sülhə meyilli olduğunu nümayiş etdirmək üçün 30 günlüyə atəşkəsə gedəcək. Bununla belə, atəşkəsin sonra pozulması ehtimalı kifayət qədər yüksəkdir”.

R.Musabəyov başqa bir məsələyə də toxunub: “Yaz fəslində, mart, aprel aylarında qar əriyir, palçıq olduğu üçün texnika keçə bilmir. Hansısa hücum əməliyyatlarının aparılmasında çətinliklər yaranır. Ona görə də istisna etmirəm ki, döyüş üçün əlverişli olmayan zamanı da nəzərə alaraq Rusiya 30 günlük atəşkəsə gedə bilər”.

Rusiya prezidenti Vladimir Putinin Ukrayna Silahlı Qüvvələrinin bölgəyə hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfərini şərh edən politoloq deyib ki, Kiyev Kurs vilayətindən bir ərazini nəzarətə götürmüşdü, demək olar ki, Ukrayna qoşunları ordan çıxıb: “Ukrayna bunu etmişdi ki, təkcə Rusiya gəlib mənim torpaqlarımı tutmur, mən də gəlib onların torpaqlarını tuta bilərəm, sonra mübadilə etmək üçün. Kurskdan Ukrayna qoşunlarının çıxarılması təbii ki, gələcək danışıqlarda Ukraynanın hansısa şərtlərlə Rusiyaya qarşı çıxmaq imkanlarını məhdudlaşdırır”.

Ciddə görüşündən sonra Avropanın baxışını şərh edən deputata görə, avropalılar çox danışır, az iş görürlər: “Deyirlər ki, biz Ukraynaya dəstək, təhlükəsizliyin təmini üçün qoşun göndərməyə hazırıq, ancaq bizim qoşunlarımızın da təhlükəsizliyini ABŞ təmin etsin. Bu, ciddi söhbət deyil axı. Ona görə də ABŞ deyir ki, siz onsuz da bir iş görmək iqtidarında deyilsiniz. Onların Ukraynaya lazımı qədər silah göndərmək imkanları da yoxdur. Demək olar ki, son 30 ildə özlərin çox sərbəst hiss edirdilər ki, ABŞ var, niyə özümümzü təhlükəsizlik məsələlərinin həlli ilə yoraq. Ukraynaya düz-əməlli kömək də edə bilmirlər. Britaniyanın ordusunda 70 min, Azərbaycan ordusundan az adam var. Nə edəcəklər Ukrayna üçün? Ukrayna avropalılar üçün vacibdir. Hesab edirlər ki, Ukrayna müqavimət göstərdiyi halda, bunlar vaxt udurlar. Azı beş-üç il lazımdır ki, öz hərbi sənayelərini bərpa etsinlər, silahlansınlar, silahın gəlməsi o demək deyil ki, ordu var. Ordu təlimlər keçirməlidir, ordu üçün zabitlər hazırlanmalıdr, xeyli iş görülməlidir. Az çox hərbi güc kimi ortaya çıxa bilsinlər”.

Bəs Tramp vəd etdiyi kimi münaqişəni bitirə biləcəkmi?

R.Musabəyov deyib ki, hər halda ABŞ lideri qarşısına belə məqsəd qoyub: “Obamaya vaxtilə Nobel mükafatı verilmişdir. Bu da deyəsən onu gözləyir. İsraildə sülhü təmin etdi, burda da təmin etməyə çalışır, istək var, indi nə qədər uzun çəkəcək, davamlı olacaq, bu ikinci məsələdir. Verdiyi vəd var. Düzdür, müharibəni 24 saata biritmək qeyri- mümkün idi. Amma müharibənin dayandırılması səyləri ciddidir. O səylərin nəticə verəcəyini, atəşkəsin uzunmüddətli olacağını indidən demək çətindir”. 

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Mart 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri