Rusiya ilk dəfə Ukraynaya nüvə başlığı daşıya bilən ballistik raketlə hücum edib
Icma.az bildirir, Ayna portalına istinadən.
"Rusiya Federasiyasının Həştərxan vilayətinin ərazisindən qitələrarası ballistik raket buraxılıb"
Kiyev Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya cümə axşamı Ukraynaya səhər hücumu zamanı Həştərxan vilayətindən qitələrarası ballistik raket buraxıb. AYNA “Reuters”ə istinadən xəbər verir ki, Rusiya ilk dəfədir ki, müharibə zamanı belə uzaqmənzilli raketdən istifadə edir.
Zərbə Ukraynanın bu həftə Rusiyaya zərbə endirmək üçün Amerika və Britaniya raketlərindən istifadə etməsindən sonra baş verib. Moskva xəbərdarlıq edib ki, bu zərbələr münaqişənin daha da genişlənməsinə səbəb olacaq.
"Rusiya Federasiyasının Həştərxan vilayətinin ərazisindən qitələrarası ballistik raket buraxılıb", - Kiyevdən bildirilib.
Lakin onun növü açıqlanmayıb. Oxşar ballistik raketlər həm nüvə, həm də adi döyüş başlıqlarını daşıya bilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 Noyabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















