Icma.az
close
up
RU
Rusiya informasiya müharibəsinə başladı: Təyyarə qəzası ilə bağlı Bakının tələbinə absurd cavab

Rusiya informasiya müharibəsinə başladı: Təyyarə qəzası ilə bağlı Bakının tələbinə absurd cavab

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

İranın Azərbaycandakı müvəqqəti işlər vəkilindən sonra Rusiya səfirinin də Xarici İşlər Nazirliyinə çağırılma məsələsi gündəmə gəlib. Ekspertlər iddia edir ki, İrandakı rəsmi dairələrə bağlı qruplar kimi Rusiya hakimiyyətinə bağlı Z-blogerlər də (Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləyənlər) Azərbaycan və dövlət başçısı İlham Əliyev əleyhinə qara təbliğata başlayıblar.Belə ki, Kreml İlham Əliyevin Rusiyadan kompensasiya və təyyarənin vurulmasına görə cinayətkarların müəyyənləşdirilməsi tələbini yerinə yetirmək əvəzinə Azərbaycanı hədəf seçən Z-blogerləri “irəli” çəkib. “Azərbaycan Ukraynaya dəstək verir”, “Təyyarənin vurulmasına görə Ukrayna günahkardır”, “İkinci Qarabağ müharibəsi zamanı rusiyalı sülhməramlılara atəş açılmışdı” kimi həqiqəti əks etdirməyən bəhanələr gətirirlər.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, məqsəd əsas mövzudan yayınmaqdır:

“İranda Azərbaycanı hədəf seçənlər hakimiyyətin mühafizəkar qruplarına aid olduğu kimi, Rusiyadakı Z-blogerlər də Moskvada informasiya siyasətini müəyyənləşdirən rəsmi strukturlara aiddir. Rəsmi Tehrana və Moskvaya bağlı mərkəzlərin Azərbaycana və dövlət başçımıza münasibətdə əsassız ittihamlara söykənən qara kampaniyası əslində onların cənab İlham Əliyevin qətiyyətli mövqeyinin qarşısındakı gücsüzlüyünün bariz nümunəsidir. Hər iki dövlət rəsmiləri çox gözəl bilirlər ki, Azərbaycanın haqq mübarizəsində milli maraqlarımızı və təhlükəsiziyimizi hədəf alan heç bir addım cavabsız qalmayacaq.

Eləcə də AZAL-a məxsus təyyarənin Rusiya tərəfindən vurulması faktı dövlət başçımız tərəfindən açıq şəkildə ifadə edilib və bu istiqamətdə Rusiya qarşısında qoyulmuş tələblər də konkret şəkildə bildirilib. Belə ki, Rusiya tərəfindən təyyarənin qəsdən vurulmasa da günahkarlar mütləq cəzalandırılmalıdır. Həmçinin həyatını itirmiş ekipaj üzvlərinin və sərnişinlərin ailələrinə, xəsarət alanlara təzminat ödənilməlidir. Bu tələblərin hər biri beynəlxalq hüquqa, ədalətə və analoji təcrübəyə əsaslanır. Ona görə də, Z-blogerlərin vasitəsilə ortaya atılmış absurd və reallıqdan uzaq iddialar heç bir əhəmiyyət kəsb etmədiyi kimi, ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək amillər ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Yanvar 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri