Icma.az
close
up
RU
Rusiya İranın nüvə proqramı ətrafında nizamlanmanı asanlaşdırmağa hazırdır

Rusiya İranın nüvə proqramı ətrafında nizamlanmanı asanlaşdırmağa hazırdır

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti diplomatik vasitələrlə həll etmək üçün əlindən gələni etməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Rusiya Federasiyası İranın nüvə proqramı ətrafında vəziyyətin siyasi və diplomatik yollarla həllinə kömək etmək üçün öz imkanları daxilində hər cür fəaliyyət göstərməyə hazırdır. Bizdən asılı olan hər şeyi etməyə hazır olacağıq”, - deyə Kreml sözçüsü Rusiya və Çinin İran və ABŞ arasında nüvə proqramı üzrə yeni razılaşmanın qarantı ola biləcəyi ilə bağlı fikirləri şərh edərkən bildirib.

Peskov eyni zamanda vurğulayıb ki, hər şey Vaşinqton və Tehranın davam etdirəcəyi danışıqlardan asılı olacaq. “İkinci turun planlaşdırıldığı kimi baş tutacağını gözləyirik”, - deyə o qeyd edib.

Aprelin 12-də Omanda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Tehran və Vaşinqton nümayəndələri arasında danışıqlar keçirilib. İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə Amerika liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib. Respublika Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş konstruktiv və sakit şəraitdə keçib, həmçinin tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Danışıqların ikinci raundu da aprelin 19-da Omanda baş tutacaq.

Əraqçinin dediyi kimi, Vaşinqton konstruktiv mövqe tutsa və nüvə proqramının tam ləğvində israr etməyəcəksə, İran ABŞ-la gələcək sazişin şərtlərini müzakirə etməyə hazırdır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri