Icma.az
close
up
RU
Rusiya işğal etdiyi torpaqlardan çıxmayacaq, Ukrayna da itirdiyi torpaqlardan hələ imtina etməyəcək

Rusiya işğal etdiyi torpaqlardan çıxmayacaq, Ukrayna da itirdiyi torpaqlardan hələ imtina etməyəcək

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

"Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya ordusunun "Sumı almaq vəzifəsi yoxdur", lakin o, gələcəkdə Ukraynanın bu şəhərini işğal edəcəyini istisna etməyib". Bu bəyanat Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı verilib. Eyni zamanda, o qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri əvvəllər Kursk bölgəsini işğal etdiyi üçün Rusiya ordusu “sərhəd boyu təhlükəsizlik zonası yaratmağa məcburdur”. Rusiyanın Ukraynada yaratmaq niyyətində olduğu "təhlükəsizlik zonası"nın uzunluğu ilə bağlı suala Putin belə cavab verib: "Sumı vilayətində dərinlik haradasa 10-12 kilometr, haradasa 8, 10, 12 kilometr civarındadır. Daha sonra isə rayon mərkəzi olan Sumı şəhəri var". “Rus əsgərinin ayağı hara basırsa, o bizimdir”, - deyə Putin rus qoşunlarının Ukraynada irəliləməsini şərh edərkən bildirib.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Putinin bu çıxışı işğalçı siyasətinə don geyindirmək üçün bildirdiyi bir fikirdir.

Elşad Həsənov

“Rusiyanın hansı siyasət yürütməsi bütün dünyaya məlumdur. Tramp hakimiyyətə gələndən sonra Ukraynaya ABŞ-ın dəstəyi azaldığına görə, həm Rusiya, həm də Ukrayna sülh müqaviləsi bağlanmasını istəyirlər. Bunun üçün də Tramp reaksiya göstərir və təbii ki, Rusiya işğal etdiyi torpaqlardan çıxmaq istəmir. Müharibə başlayan dövrdə Dentsk-Luqanskini işğal etmişdisə, sonra həmin ərazilərə yeniləri də daxil oldu. Zaparoji, Xerson, hazırda Xarkova, Sumı vilayətinə yaxınlaşır. Əgər bunları da işğal etsə, Rusiya təbii ki, bu işğal etdiyi torpaqlardan çıxası deyil, çıxmayacaq”-deyən politoloq qeyd edib ki, müəyyən şərtlərlə müharibənin dayandırılması mümkündür.

“Bunun üçün Azərbaycan- Ermənistan konflikti gözəl nümunədir. Yəni bu, Ukrayna üçün gözəl nümunədir. İlk növbədə atəşkəsə nail olmaq lazımdır. Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunandan, müqavilə bağlanandan sonra orada bufer zona yaradılacaq və ora beynəlxalq qüvvələr yerləşdiriləcək ki, atəşkəsə nəzarət edilsin.

Ukrayna həmin torpaqlarının Rusiyaya verilməsinə qətiyyən razı deyil. Sadəcə olaraq atəşkəs elan olunur, müharibə dayanır, torpaqlar Rusiyanın işğal altında qalır, ancaq sonra Ukrayna əgər öz iqtisadiyyatını və hərbi potensialını artırarsa, gələcəkdə güc toplaya bilərsə və yaxud diplomatik yollarla həmin torpaqları qaytarmağa nail olarsa, o zaman müharibə olmaz. Əgər bunlar olmasa, gələcəkdə daxili çəkişmələr nəticəsində Rusiya parçalana bilər və bu baş verdiyi zaman Ukrayna güc toplayıb öz torpaqlarını geri qaytara bilər. Bu dövrdə Rusiyanın işğal etdiyi torpaqları Ukraynaya qaytarmaq haqqında fikri, düşüncəsi qətiyyən yoxdur və bunu da gözləmək düzgün deyil. Çünki o torpaqları Rusiya, necə deyərlər, qan tökərək əldə edib və həmin torpaqları da Ukrayna qan tökərək geri qaytarmalıdır. Bu gün Ukraynanın gücü olmadığına görə və Amerika dəstək vermədiyinə görə bu müharibəni belə dayandırmaq olar”-deyə politoloq bildirib.

Elşad Həsənov qeyd edib ki, Tramp gələndən sonra Avropaya bildirdi ki, Avropa öz təhlükəsizliyini özü qorumalıdır.

“İndi Avropa liderləri bunun üçün ciddi cəhdlər göstərirlər. Onlar ümumi daxili məhsulun əvvəllər 1, 2-1,5 faizini hərbiyə ayırırdılarsa, artıq 2,5 faizni ayırırlar. Bəzi ölkələr isə 3 faiz ayırırlar. Trampın tələb etdiyi kimi, 5 faiz o zaman çox böyük vəsait əldə etmək olar və çox böyük hərbi gücə sahiblənmək olar. Bunun üçün də artıq Avropa ölkələri, o cümlədən Böyük Britaniya hazırlıqlara başlayıb. Almaniya bu sahədə ciddi addımlar atır. Böyük Britaniya artıq altı hərbi zavod inşa edir, yeni raketlər istehsal edirlər. Eyni zamanda, 30-cu ilə qədər də yeni nüvə başlıqları istehsal etmək haqqında qərar da verilib. Çünki onlar başa düşür ki, gələcəkdə Rusiya ilə döyüşmək qaçılmazdır. Bu səbəbdən də, bu gün Avropa İttifaqı liderləri Ukraynaya böyük dəstək göstərmək istəyirlər ki, onlar Rusiyanı gücdən salsınlar, Ukrayna öz torpaqlarını geri qaytarsın. Ancaq hələlik bu dəstək lazımi səviyyədə deyil. Məhz buna görə də, ruslar Ukrayna torpaqlarını addım-addım işğal edirlər. Gələcəkdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək.

Rusiyanın hərbi potensialını artırmaq üçün hərbi zavodları gecə-gündüz işləyir. Bu gün Rusiya iqtisadiyyatında ancaq hərbi sahədə inkişaf var. Digər sahələr çökmək üzrədir. Ona görə də müharibənin sülh yolu ilə bitməsi üçün Ukrayna öz torpaqlarını işğal altında qalmasına razı olmalıdır. Sonra ciddi çalışıb torpaqlarını gələcəkdə qaytararlar”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 İyun 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see275

Azərbaycanda süni mayalanma niyə bahadır?

21 Sentyabr 2025 09:45see177

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see169

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see149

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see144

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see139

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see139

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see137

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see135

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see130

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see130

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see125

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see122

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see122

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see121

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see120

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see120

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see119

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see118

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri