Icma.az
close
up
RU
Peskovdan ultimatum: Sülh üçün Ukrayna bu torpaqlardan çıxmalıdır!

Peskovdan ultimatum: Sülh üçün Ukrayna bu torpaqlardan çıxmalıdır!

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna ilə Rusiya arasında sülhə nail olmaq üçün Ukrayna Silahlı Qüvvələrinin Donbas və “Yeni Rusiya” adlandırılan regionlardan çıxması vacibdir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa nəşri “Le Point”ə müsahibəsində bildirib.

“Əgər Ukrayna həmin dörd regiondan qoşunlarını çıxarsa, bəli, münaqişə başa çata bilər”, – deyə o, jurnalist Ann Nivanın bu şərtlə müharibənin sona çatıb-çatmaması ilə bağlı sualını cavablandırarkən qeyd edib.

Peskov xatırladıb ki, sözügedən bölgələr Rusiya Konstitusiyasında bu ölkənin ayrılmaz hissəsi kimi təsbit olunub. Onun sözlərinə görə, hazırda həmin ərazilərin bir hissəsi hələ də Kiyev rejiminin nəzarətindədir.

“Referendumların nəticəsinə əsasən bu torpaqlar Rusiya Federasiyasının inzibati sərhədlərinə daxil edilib. Bizim baxışımıza görə bu, həm de-yure, həm də de-fakto mövcud olan bir reallıqdır”, – deyə Peskov vurğulayıb.

O, ABŞ Prezidenti Donald Trampın atəşkəsin tətbiqi üçün heç bir son tarix müəyyən etmədiyini, Rusiyanın da belə bir addımı qeyri-məqbul saydığını bildirib.

“Tramp heç bir tarix açıqlamayıb. Biz də düşünürük ki, belə bir tarix müəyyənləşdirmək uyğun olmaz. Çünki Putin atəşkəs ideyasını dəstəkləyir”, – deyə o əlavə edib.

Peskovun sözlərinə görə, Putinin Trampla mümkün görüşü üçün hazırlıq işləri gedir və tərəflər konkret nəticələr əldə etmək istəyir.

“Bu, məhsuldar görüş olmalıdır. Məhz buna görə də hazırda hazırlıq mərhələsi aparılır”, – o bildirib.

Kreml sözçüsü əlavə edib ki, ABŞ-Rusiya münasibətlərinin bərpası və Ukrayna münaqişəsinin həlli iki fərqli məsələdir:

“Lakin Vaşinqtonla Moskva arasında normal münasibətlər bərpa olunmadan Ukraynada sülh mümkün deyil”, – Peskov vurğulayıb.

O həmçinin bildirib ki, Putin Trampa hörmətlə yanaşır: “Çünki o, güclü siyasi fiqur və xarakterli şəxsiyyətdir”.

Peskov həmçinin bildirib ki, Rusiya heç kimə hücum etməyi planlaşdırmır və nə Finlandiya, nə də NATO-ya yeni qoşulan İsveçlə problemi var.

“Bizim Finlandiya və İsveçlə heç bir problemimiz yoxdur. Orada hərbi infrastrukturun qurulması ilə bağlı addımlar atılır və biz də öz təhlükəsizliyimiz üçün lazım bildiyimiz tədbirləri görürük. Amma bu, qarşıdurmaya səbəb olacaq vəziyyət deyil. Şükürlər olsun ki, nə Baltikyanı ölkələrdə, nə də Finlandiyada ruslara qarşı tank və təyyarələrlə atəş açılır. Amma Donbasda bu, 2014-cü ildən bəri baş verir ”, – deyə o əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:276
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Aprel 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri