Rusiya izahat verməlidir Deputatdan AZAL la bağlı qərara sərt REAKSİYA
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işinə xitam verilib.
Rusiyanın bu anlaşılmaz qərarı ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, bu bəyanat hər bir azərbaycanlıda təəccüb doğurur:
"Çox sayda insan həlak olub, təyyarə qəzaya uğrayıb və birdən-birə cinayət işinə xitam verilməsi başa düşülən deyil. Hesab edirəm ki, Rusiya tərəfi bu məsələdə eyni zamanda izahat verməlidir. Nəzərə alsaq ki, Rusiya Prezidenti bu hadisə ilə bağlı Azərbaycandan rəsmi şəkildə üzr istəyib, cinayət işinin davam etdiriləcəyini və günahkarların mütləq cəzalandırılacağını bəyan edib, belə olan halda işə xitam verilməsi anlaşılan və məntiqli görünmür".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 26 Dekabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















