Rusiya Jitomir vilayətində yarımstansiyanı tamamilə məhv etdi
Icma.az, Bizim media saytına istinadən bildirir.
Rusiya hərbçilərinin zərbələri nəticəsində Ukraynanın Jitomir vilayətinin Ovruç şəhərində elektrik yarımstansiyası tamamilə dağıdılıb. Yerli hakimiyyət əhalini elektrik enerjisinin uzun müddət verilməyəcəyinə hazır olmağa çağırıb.
Bizim.Media xəbər verir ki, Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə endirdiyi çoxsaylı zərbələr nəticəsində “Ovruç” elektrik yarımstansiyası tamamilə məhv edilib.
Ovruç Şəhər Şurası sakinlərə müraciət edərək elektrik enerjisinin verilməsinin bərpasının xeyli vaxt aparacağını bildirib.
Şəhərin meri İvan Korud sakinləri uzunmüddətli işıq kəsintisinə hazır olmağa çağırıb. O, həmçinin elektrik enerjisinin bərpa olunmasının təhlükənin aradan qalxması demək olmadığını vurğulayıb.
Mer axşam və gecə saatlarında işıqların söndürülməsi rejiminə ciddi əməl edilməsinin vacibliyini qeyd edib. O, binaların xarici işıqlandırmasının, reklam konstruksiyalarının, işıqlı lövhələrin, fasadların və vitrinlərin işıqlandırılmasının söndürülməsini istəyib.
Korud bildirib ki, bu tələblər yalnız müəssisə və təşkilatlara deyil, hər bir fərdi yaşayış evinə də şamil olunur. Sakinlərdən həyətlərin, evlərin ətrafının, fasadların və küçədən görünə biləcək digər ərazilərin işıqlandırmasını söndürmək tələb edilib.
Merin sözlərinə görə, bu tədbirlər icmanın təhlükəsizliyinin və insanların həyatının qorunması üçün zəruridir.
“Hazırkı şəraitdə söndürülməsi mümkün olan hər bir işıq söndürülməlidir. İcmanın təhlükəsizliyi hər birimizin məsuliyyətindən və şüurlu davranışından asılıdır”, – deyə İvan Korud müraciətində bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 08 Noyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















