Icma.az
close
up
RU
Rusiya jurnalist və siyasi fəal İlya Azarı axtarır

Rusiya jurnalist və siyasi fəal İlya Azarı axtarır

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İlya Azar
Rusiya Daxili İşlər Nazirliyi ölkənin tanınmış jurnalisti, siyasətçi və ictimai xadim İlya Azarı axtarışa verib. Bu barədə İlya Azarın əməkdaşı olduğu "Novaya Qazeta Avropa" nəşri məlumat yayıb.
Reyting.az
-ın məlumatına görə, bu axtarışın "Dinc Rusiyanın Deputatları" Assosiasiyasının üzvlərinə qarşı açılan işlə əlaqəli olduğu güman edilir.
Amma İ. Azarın adı və jurnalist vəsiqəsi Daxili İşlər Nazirliyinin səhifəsindəki axtarışda olanların siyahısında yoxdur.
Qeyd edək ki, Rusiyada, eləcə də xaricdə siyasi-ictimai fəaliyyətləri ilə tanınmış "Dinc Rusiyanın Deputatları" Assosiasiyası ilk dəfə 2023-cü ildə təsis olunub. Bu gənc assosiasiya İ. Azarın da iştirakı ilə Rusiyanın keçmiş bələdiyyə deputatları tərəfindən yaradılıb. İlk qurultay 2023-cü ilin oktyabr ayında keçirilib. Lakin Rusiya Baş Prokurorluğu tezliklə qurumla bağlı bəzi araşdırmalara başlayıb. 2024-cü ilin avqust ayında isə Baş Prokurorluq bu təşkilatı "arzuolunmaz" elan edib.
2025-ci ilin martında qurumla bağlı olan məsələlər yenidən aktuallaşıb və Moskva Şəhər Prokurorluğu təşkilatın dörd nəfər üzvünə qarşı növbəti dəfə cinayət işinin açılmasını istəyib. Moskva bələdiyyəsinin keçmiş deputatları İqor Qlekə, İlya Azara, Yelena Rusakovaya, Sergey Vlasova qarşı ağır ittihamlar irəli sürən prokurorluq adıçəkilən şəxslər haqqında cinayət işinin açılmasını tələb edib. Bildirilib ki, onlar Rusiya Cinayət Məcəlləsinin 284.1-ci maddəsinin 3-cü hissəsini kobud sürətdə pozublar.
Bu ilin aprelində Moskva bələdiyyəsinin keçmiş deputatları İlya Azarın, eyni zamanda Qalina Filçenkonun və Nodari Xananaşvilinin, eləcə də İqor Qlekinin iqamətgahlarında axtarışlar aparılıb. Bu axtarışdan sonra isə heç bir dəlil-sübut olmadan jurnalist İlya Azarın anası Larisa Yarkina prokurorluq tərəfindən bu iş üzrə şahid qismində dindirilib.
Jurnalistlər, o cümlədən "Novaya Qazeta Avropa" nəşrindəki həmkarları bildiriblər ki, onlar İlya Azarı nələrin gözlədiyini təxmin etdiklərindən, bu tanınmış jurnalistin taleyindən çox narahatdırlar.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 May 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri