Icma.az
close
up
RU
Rusiya kanallarından absurd çağırışlar

Rusiya kanallarından absurd çağırışlar

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İndi də saytlarımıza girişi blokladılar. Rusiyadan söhbət gedir.

İnsan ağlını,məntiqini ölçü hissini itirəndə nə desən, eləyər.

Rusiya-Ukrayna müharibəsi yenicə başlayanda belə bir fikir yazmışdım: "Öz qardaşının üstünə silahla gedən başqasına nələr etməz?!"

Öz qardaşının - Ukrayna slavyanlarının başına od yağdıran, qardaşı uşaqlarını kütləvi şəkildə oğurlayıb, orqanlarını çıxarıb, satan adamlardan nə desən, gözləmək olar.

Bəli, Rusiya telekanallarında nə desən, danışırlar. Az-çox ağlı olan ağlına, ağlı olmayan isə olmayan ağzına nə gəldi, danışır.

Rus kanallarının "ekspert"lərindən biri, görün, Azərbaycana hansı sərsəm tələbi irəli sürüb: "Balakəni və Zaqatalanı bizə qaytarın". Bir teleqram kanalında şağırış ediblər: "Dağıstanlı qardaşlarımızın ayağa qalxmasının əsl vaxtıdır" və sair.

Bilmirsən, bunlara güləsən, ya acıyasan.

Amma deputat Nəsib Məhəməliyev bununla bağlı çox maraqlı və tutarlı bir status yazıb. Həmin sratusda deyilir:. "Məni təəccübləndirmək o qədər də asan deyil. Lakin, belə savadsız, cəfəng çağırışlar səsləndirən məxluqların fikirlərinə təəccüblənməmək mümkün deyil. Adam heç olmasa, xəritəni qabağına qoymalı, kor gözləri ilə görməlidir ki, Balakən və Zaqatala rayonlarının Dağıstana birləşdirilməsi fiziki cəhətdən belə qeyri-mümkündür. Arada, cüzi də olsa, kommunikasiya imkanlarının olmadığı, Böyük Qafqazın keçilməz silsilə dağları yerləşir. Balakənin mərkəzindən Dağıstanla sərhədə 40 km yol var. Oradan da, Dağıstanın ilk yaşayış məntəqəsinə dağ cığırları ilə 6 saatlıq yol var. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiya-Azərbaycan dövlət sərhədlərinin delumitasiyası çoxdan başa çatıb. Dövlət başçıları tərəfindən təsdiq olunub.

Digər tərəfdən, bölgədə separatizmi bərpa etməyə çalışan həmin yaramazlara və onların himayədarlarına xatırlatmaq istəyirəm ki, Balakən və Zaqatala əhalisi hər zaman Azərbaycan dövlətçiliyinə sadiqliyi ilə seçilib. Birinci və ikinci Qarabağ müharibəsində şəhidlər verib. 90-cı illərin əvvəllərində, dövlətimizin zəif vaxtında, bəlli xarici qüvvələr, orada yaşayan xalqları qarşı-qarşıya qoymağa çalışdılar. Müxtəlif dövlət proqramları hazırladılar. Hətta, bəzi ələ alınmış şəxslər vasitəsilə silahlı kriminal dəstələr yaratdılar. Ancaq, bütün cəhdlər boşa çıxdı, əhali birmənalı şəkildə dövlətimizə dəstək verdi. Bir dəfə də olsa, dövlətin əleyhinə fikirlər səsləndirilmədi".

Bəli, Nəsib bəyin fikirlərinə mən də qatılıram. İstər 90-cı illərdə, istərsə də sonrakı dövrlərdə Zaqatalada, Balakəndə, eləcə də, Qaxda dəfələrlə olmuşam. O bölgədə müxtəlif millətlərin nümayəndələri olan çoxlu dostlarım, tanışlarım var. Bu bölgələrin insanları da, Azərbaycanın bütün xalqı kimi dövlətə, torpağa çox bağlıdırlar. Onları belə sərsəm çağırışlarla çaşdırmaq mümkün deyil.

Nəsib Məhəməliyevin də dediyi kimi, Azərbaycanın ən zəif, çətin vaxtıarında belə, Zaqatalada, Balakəndə, eləcə də, başqa şimal-qərb rayonlarımızda yaşayan əhali öz tarixinə, öz dövlətinə arxa çevirmədi. Kimsə Zaqatalada və Balakəndə öz dövlətinə xəyanət edəcək birilərini axtarmasın; bu qəflətə qapılmasınlar. Zaqatlılar, Balakənlilər, Qaxlılar, başqa bütün insanlarımız köklü Qafqazlılardır. Dağıstanlılar da həmçinin. Biz Qafqazlıyıq. Qafqazlı olaraq doğulmuşuq, Qafqazlı kimi yaşamışıq. Rusiya Qafqaza sonra gəlib, öz ordusu ilə gəlib, qanlı pəncəsini qoyub. Rusiya istilasına qarşı Şeyx Şamil kimi, Cavad xan kimi, Şeyxəli xan kimi... simvollaşmış qəhrəmanlarımız var. Qafqaz şimalı ilə, cənubu ilə bir bütündür. Rusiyanın istər Şimali Qafqazda, istər Cənubi Qafqazda necə qırğınlar törətdiyi, Azərbaycan türklərinin, eləcə də, başqa xalqlarımızın Rusiya işğalına qarşı mübarizəsinin uzun tarixi var. O cümlədən, Zaqatalada, Balakəndə.

Odur ki, məlum (məlun!) Rusiya kanalları boş yerə ümidlənməsinlər. Özləri öz qardaşlarına - Ukraynalılara xəyanət ediblər, elə bilirlər, Azərbaycan cəmiyyətində də xain tapacaqlar. Zaqatala, Balakən ölləmizin ən qiymətli parçasıdır, onların haqqında kimsə dil bulaya, şübhə toxumu səpə bilməz.

Nə düşünür bu Rusiya kanalları?! Şimali Qafqaz xalqlarını, ümumiyyətlə, qeyri-rus vətəndaşlarını aparıb Ukraynada qırğına verdikləri bəs deyil, indi də Zaqatalalılara, Balakənlilərə göz dikiblər?!

Bu cür absurd iddialardan əl çəksinlər. Ona qalsa, bizim deyəcəyimiz çox söz var.

Mən "Təyyarəyə hürən it" adlı bir oçerk yazmışdım. Kəndimizdə bir it göydə uçan təyyarəyə hürə-hürə gedib quyuya düşmüşdü.

İndi bu Rusiya kanallarında Azərbaycana qarşı gecə-gündüz hədyanlar yağdıranlar, sərsəm iddialar, absurd fikirlər irəli sürənlər təyyarəyə hürən həmin heyvanı xatırladırlar.

Bu cür mənasız işlərlə məşğul olmaqdansa, Ukrayna bataqlığından çıxmağın yolunu axtarsın bu "ideoloq" idiotlar. Qonşuları ilə normal münasibət qurmaq haqda düşünsünlər, danışsınlar. Dağılan iqtisadiyyata bir gün ağlasınlar, başlarının üstünü kəsdirmiş demoqrafik fəlakətdən qurtulmağın yollarını axtarsınlar. Hücumlara məruz qalan Azərbaycanlılarla bağlı Azərbaycanın haqlı tələblərini yerinə yetirsinlər.

Nə işləri var, Zaqatala ilə, Balakənlə?!

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri