Icma.az
close
up
RU
Rusiya “Karapetyan kartı”nı İŞƏ SALDI Kremldən Ermənistana qarşı GÖZLƏNİLMƏZ HƏMLƏ

Rusiya “Karapetyan kartı”nı İŞƏ SALDI Kremldən Ermənistana qarşı GÖZLƏNİLMƏZ HƏMLƏ

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Ermənistana təzyiqləri daha da artır. Politoloq Aleksandr Duqin və telejurnalist Vladimir Solovyovun ardınca Rusiya  Dövlət Dumasının “Yeni adamlar” fraksiyası da Ermənistan baş naziri Paşinyana qarşı açıq hücuma keçib.
Bu fraksiya Ermənistanda rus iş adamı Samvel Karapetyana qarşı açılan cinayət işini siyasi xarakterli iş kimi dəyərləndirərək, onun  işinə obyektiv və qərəzsiz baxılmasını tələb edib.
Fraksiyasının lideri Vladislav Davankov bildirib ki, Rusiyaya səfər edəcək Ermənistan parlamentinin sədri ilə görüşüb, Karapetyanın məsələsini müzakirə etməyi planlaşdırırlar.
Görünən odur ki, Rusiya Karapetyan məsələsindən İrəvana ciddi şəkildə təzyiq göstərmək aləti kimi istifadə etməyə çalışır.
Moskvada İrəvana qarşı hansı plan hazırlanır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Rusiyanın planı Ermənistanı tamamilə öz orbitində saxlamaq, Qərblə yaxınlaşma imkanlarını məhdudlaşdırmaq və daxili siyasətdə özünə loyal qüvvələri gücləndirməkdir:
“Rusiya Dövlət Dumasının Samvel Karapetyanın müdafiəsinə qalxması əslində Moskvanın Ermənistan siyasətindəki köhnə və ziddiyyətli yanaşmalarını bir daha üzə çıxarır. Rusiya bu addımı ilə göstərir ki, Ermənistanın daxili siyasi proseslərinə müdaxilə etməkdən çəkinmir və öz maraqlarını qorumaq üçün hər vasitədən istifadə edir.
Karapetyana qarşı açılan cinayət işini “siyasi motivli” adlandırmaq Kremlin İrəvan hakimiyyətinə açıq təzyiqidir. Bu, Moskvanın Ermənistanın suverenliyinə hörmət etmədiyini, əksinə, daxili işlərə qarışaraq öz təsir dairəsini qorumağa çalışdığını göstərir”.
Politoloq hesab edir ki, Rusiyanın bu mövqeyi həm də regionda balansı pozur:
“Ermənistanın Qərbə inteqrasiya cəhdləri Moskva tərəfindən daim təhdid kimi qəbul edilir. Buna görə də Rusiya İrəvanda özünə yaxın biznes dairələrini və siyasi fiqurları müdafiə etməklə, hakimiyyətə mesaj verir: “Bizim maraqlarımızı nəzərə almadan siyasət aparmaq olmaz.”
Bu yanaşma Ermənistan cəmiyyətində narazılıq doğurur, çünki Moskva faktiki olaraq ölkənin daxili siyasi müstəqilliyini məhdudlaşdırır. Bu isə Ermənistanın demokratik inkişafına, iqtisadi müstəqilliyinə və regional balanslara mənfi təsir göstərir”.
Rusiyanın cəza mexanizmi
 

Həmsöhbətimiz qeyd edir ki, Rusiya öz maraqlarını qorumaq üçün Ermənistanın daxili sabitliyini qurban verməyə belə hazırdır:


“Karapetyan məsələsi sadəcə bir iş adamının müdafiəsi deyil, Kremlin İrəvana qarşı daha geniş təzyiq strategiyasının tərkib hissəsidir. Bu, Rusiyanın regionda hələ də köhnə imperialist reflekslərlə hərəkət etdiyini və müstəqil siyasət yürütmək istəyən qonşularını daim cəzalandırmaq niyyətində olduğunu açıq şəkildə göstərir”.
Rüfət Sultan, Bizim.Media  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Yanvar 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri