Icma.az
close
up
RU
Rusiya keçmiş postsovet ölkələrini müstəqil bir dövlət kimi qəbul etməkdə hələ də çətinlik çəkir

Rusiya keçmiş postsovet ölkələrini müstəqil bir dövlət kimi qəbul etməkdə hələ də çətinlik çəkir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalandı. Qeyd edilirdi ki, Rusiya və Azərbaycan və iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə arxalanaraq, ikitərəfli münasibətləri Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verəcək, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmağa çalışaraq, iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqliklərini ifadə edərək bəyannamə imzalanır.

Etiraf edək ki, 70 illik əsarətdən sonra belə Rusiya heç bir zaman Azərbaycana olan xüsui marağını gizlətməyib. Qarabağı Qorbaçov satmışdı. Məhz bu səbəbdən Qarabağ uzun illər münaqişəli, mübahisəli məsələ kimi ortada qalmış, həllini tapmırdı. Sonradan Rusiya sülhməramlıları, Rusiyanın özünü Qarabağ müharibəsinin içinə daxil etməsi, üçtərəfli bəyannamə, müttəfiqlik bəyannaməsi və s... Rusiya heç bir zaman “yağlı tikə” hesab etdiyi Azərbaycanı əldə vermək istəməyib. Nədir bu müttəfiqlik bəyannaməsi? Rusiya Azərbaycan təyyarəsindən vurduqdan sonra təzminatı ödəmədən, üzrxahlıq etmədən niyə bu bəyannaməni əldə əsas tutur? Müttəfiq müttəfiqini vurub, sonra da heç nə olmamış kimi davranarmı?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2022-ci il fevral ayının 22-də imzalanan memorandum 43 maddədən ibarətdir və bu memorandum dövlət və cəmiyyət həyatının demək olar ki, bütün sahələrini əhatə edir.

Oqtay Qasımov

“Orada kifayət qədər ciddi məsələlər var. Onlardan biri də dövlətlərin bütün mübahisəli məsələləri müzakirələrlə həll edəcəyi ilə bağlı bənddir. Eyni zamanda ölkələr arasında ərazisində bir-birinə qarşı təbliğat və ideoloji fəaliyyət aparılmasına icazə verilməməsi qeyd edilir. Bir-birinin ərazisində terrorçu qruplaşmaları dəstəkləməməsi, terrora qarşı birgə mübarizə və s. məsələlər var. Təbii ki, bu da iki ölkə arasında münasibətlərin inkişafı baxımından önəmli bir sənəd sayıla bilər.

Təəssüf ki, Rusiyanın əksər siyasi elita üzvləri və cəmiyyətin əhəmiyyətli hissəsi müasir dövrün şərtlərinə uyğun düşüncə tərzinə malik deyil. Onlar özlərinin keçmiş müstəmləkəsi olmuş dövlətlərə qarşı, xüsusilə də son 35 ildə müstəqilliyini əldə etmiş keçmiş postsovet məkanı ölkələrinə baxışlarında ciddi problemlər var. Onlar həmin dövlətləri müstəqil bir dövlət kimi qəbul etməkdə ciddi çətinliklər çəkirlər və onlara münasibətdə də keçmiş imperiya təxəyyülü ilə çıxış edirlər. Məhz bu da Rusiya ilə həmin ölkələr arasında cidd baryerlərin, fikir ayrılıqları və münasibətlərin gərginləşməsinə gətirib çıxarır”-deyən politoloq qeyd edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər son 20 ildə intensiv yüksələn xətt üzrə inkişaf edib, Azərbaycan hər zaman Rusiyanın bölgə üzrə siyasi maraqlarına diqqət göstərib və bu maraqlara zidd hansısa addım atmayıb, xüsusilə də Ukraynaya qarşı başladılan savaşda Rusiyaya tətbiq olunmuş sanksiyalara qoşulmayıb və Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Rusiya ilə münasibətlərin inkişafına önəm verib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 Yanvar 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri