Rusiya Kiyevdə yanacaqdoldurma məntəqəsinə zərbə endirdi VİDEO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sentyabrın 23-nə keçən gecə və səhər saatlarında Rusiyanın Kiyevə təşkil etdiyi hücumlar nəticəsində şəhərin bir neçə rayonunda güclü yanğınlar baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı şəhərin meri Vitali Kliçko yayıb.
Onun sözlərinə görə, Solomen rayonunda pilotsuz uçuş aparatının qalıqları yaşayış binalarının arasına düşüb, həmçinin nəqliyyat müəssisəsinin ərazisində yanğın qeydə alınıb.
Eyni zamanda, Qoloseyev rayonunda anbar binaları alovlanıb, yanacaqdoldurma məntəqəsinə isə PUA düşüb. Darniç rayonunda nəqliyyat infrastrukturuna zərbə dəyib. İlkin məlumata görə bir nəfər xəsarət alıb, yanacaqdoldurma məntəqəsinin damında yanğın baş verib.
Xatırladaq ki, sentyabrın 22-si axşam saatlarında Obolon rayonunda yanacaq çəni hədəfə alınıb, nəticədə 8 nəfər yaralanıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Həmin gün Rusiya hərbçiləri Jitomirdəki "Kromberg & Schubert" zavoduna da hücum ediblər, nəticədə obyektdə güclü yanğın qeydə alınıb.
Bundan başqa, məşhur ukraynalı məişət kağızı istehsalçısı olan "Snejnaya Panda" şirkətinin anbarının tamamilə məhv edildiyi bildirilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Sentyabr 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















