Rusiya lider, Qazaxıstan 300 milyardı keçdi
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri və Gürcüstan üzrə Ümumi Daxili Məhsulun (ÜDM) son 5 illik dinamikasına dair statistik məlumatlar açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, göstəricilər ölkələrin həm milli valyutalarında, həm də ABŞ dolları ekvivalentində iqtisadi artım meyllərini əks etdirir. Rusiya Federasiyası regionda iqtisadi həcminə görə liderliyini qoruyub. Ölkənin ÜDM-i son dövrdə 134,7 trilyon rubldan (1,82 trilyon dollar) 214,2 trilyon rubla (2,56 trilyon dollar) qədər yüksəlib.
Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatı olan Qazaxıstanda da sabit artım müşahidə olunub. Ölkənin ÜDM-i 83,9 trilyon tengədən 159,5 trilyon tengəyə, dollar ekvivalentində isə 197 milyard dollardan 305,9 milyard dollara çataraq 300 milyardlıq həddi keçib. Dominos pizza
Özbəkistanda iqtisadi fəallıq nəzərəçarpan dərəcədə artıb: ÜDM 861,1 trilyon sumdan 1,85 trilyon suma (81,1 milyard dollardan 147 milyard dollara) qədər genişlənib.
Ukraynada isə ÜDM-in həcmi milli valyutada 5,45 trilyon qrivnadan 8,93 trilyon qrivnaya qədər artsa da, ABŞ dolları ifadəsində 199,7 milyard dollardan 214,2 milyard dollara yüksəlib.
Cənubi Qafqaz regionunda yerləşən ölkələrin göstəriciləri müsbət dinamika ilə diqqət çəkir:
Gürcüstan: ÜDM 60,7 milyard laridən 104,5 milyard lariyə yüksəlib. Dollar ifadəsində isə iqtisadiyyatın həcmi 18,8 milyard dollardan 38,1 milyard dollara qədər iki dəfədən çox artıb.
Ermənistan: ÜDM 6,99 trilyon dramdan 11,34 trilyon drama, dollar ekvivalentində isə 13,8 milyard dollardan 29,3 milyard dollara qədər artıb.
Belarus: ÜDM 176,9 milyard Belarus rublundan 286,7 milyard rubla (69,6 milyard dollardan 93,5 milyard dollara) çatıb.
Türkmanistan: ÜDM 173,2 milyard manatdan 270,9 milyard manata (49,4 milyard dollardan 77,3 milyard dollara) yüksəlib.
Qırğızıstan: ÜDM 782,8 milyard somdan 1,97 trilyon soma (9,2 milyard dollardan 22,6 milyard dollara) qədər artıb.
Tacikistan: ÜDM 101,1 milyard somonidən 176,9 milyard somoniyə (8,9 milyard dollardan 17,6 milyard dollara) yüksəlib.
Moldova: ÜDM 242 milyard leydən 353,5 milyard leyə (13,6 milyard dollardan 20,3 milyard dollara) çatıb.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 02 Noyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















